Accessibility links

Qahirədə Məhəmməd Mursiyə dəstək nümayişi [Yenilənib]


Bu gün axşam minlərlə insan Misirin paytaxtı Qahirədəki Təhrir meydanında toplaşaraq hakimiyyətdən devrilmiş islamçı prezident Məhəmməd Mursiyə dəstək bildirib.

Ölkənin müvəqqəti liderləri yeni hökumətin təsdiqinə nail olmaqda çətinlik çəkdiyi bir vaxt nümayişçilər paytaxt siyasi gərginliyi yüksək saxlamağa çalışır.

Nümayişlər hakimiyyətdən devrilmiş Misir prezidenti Məhəmməd Mursinin tərəfdarları ilə əleydarları arasında iki gün öncə baş vermiş qarşıdurma zamanı 42 nəfərin həlak olmasından sonra keçirilib.

Qahirədə olan Amerikanın Səsinin əməkdaşı Şaron Behn bildirir ki, tərəflərin heç bir geri çəkilmək fikrində görünmür.

Misir ordusu ölkənin demokratik yolla seçilmiş ilk prezidenti olan Məhəmməd Mursini və Misirin Müsəlman Qardaşlarının bəzi lideriləri həbs edib. Ordu rəsmiləri deyir ki, bu, cənab Mursi əleyhdarlarının kütləvi nümayişlərinin qarşısının alınması ümün vacib addım olub. Əleyhdarları sabiq prezidenti Hüsnü mübarıkin 30 illik hakimiyyətinə son qoyan 2011-ci il inqilabına xəyanətdə ittiham edir.
XS
SM
MD
LG