Accessibility links

Astronomlar qalaktikanın detallı xəritəsini əldə edib [Video]


Astronomlar qalaktikanın detallı xəritəsini əldə edib
please wait

No media source currently available

0:00 0:02:12 0:00

Avropa Kosmik Agentliyi ESA qalaktikamızdakı 1,7 milyarddan çox ulduzun, eləcə də ekzoplanetlər, asteroidlər və kvazarlar kimi göy cismlərinin yenilənmiş siyahısını hazırlayıb. Bu yeni məlumat astronomları kainatın başlanğıcını araşdırmağa və yeni yaşayış üçün yararlı planetləri kəşf etməyə yardım edəcək üç dimensiyalı xəritə ilə təmin edir.

Bizim qalaktikamız Süd Yolunda təxminən 100 milyard ulduz var və onların kataloqunu hazırlamaq çətindir. Avropa Kosmik Agentliyinin GAIA kosmik gəmisi sayəsində biz bu ulduzların 1 fazinin, yəni təxminən 1,5 milyard ulduzun dəqiq yerini, parlaqlığını, məsafəsini, rəngini və temperaturunu bilirik.

GAIA missiyasının mühüm cəhəti odur ki, ən böyük kəşflər sonradan ortaya çıxacaq, çünki biz kataloqu hazırlayırıq, amma məhz alimlər bu məlumatlardan istifadə edib.
Timo Prusti

Yer kürəsindən 1,5 milyon kilometr uzaqlıqda orbitdə yerləşən GAIA 2013-cü ildən bəri üç müxtəlif alət vasitəsilə kainatı diqqətlə nəzərdən keçirir.

“Astrometriya ulduzların yerlərini müəyyən edir, bu, ulduzlar arasındakı məsafəni və onların hərəkətlərini öyrənməyə yardım edir. Fotometriya isə ulduzun rəngini müəyyən edir ki, bu rənglə biz ulduzun temperaturunu öyrənirik. Spektroskopiyada biz bir elementdən istifadə edirik. Bu element də Doppler Eeffektinə əsaslanır. Yəni biz spektrlərdəki xəttlərin necə hərəkət etdiyini izləyirik və görünən ulduzun sürətini əldə edirik,” deyə GAIA layihəsinin alimi Timo Prusti bildirir.

9 il boyunca yavaşca öz ətrafında dövrə vuran GAIA-nın kamerası hər bir hədəfi 70 dəfə müşahidə edəcək.

Bir tərəfdən günəş enerjisi toplayan 10 metrlik günəş paneli eyni zamanda alətləri günəşin istinsindən qoruyur və onların termal sabitliyini təmin edir.

GAIA ulduzlardan əlavə qalalaktikada on minlərlə yupiter ölçüsündə ekzoplanet, günəş sisitemimzində on minlərlə asteroid, eləcə də digər qalaktikalar və kvazarlar aşkar edib.

“Bəzi kvazarları görməyin müsbəti tərəfi odur ki, koordinatların arayış sistemi kvazarlara əsaslanır, çünki onlar uzaqda olduqlarına görə hərəkət etmirlər,” Prusti deyir.

Dünya boyu astronomlar artıq elmi araşdırmaları üçün yeni əldə olunan bu məlumatdan istifadə edir.

“GAIA missiyasının mühüm cəhəti odur ki, ən böyük kəşflər sonradan ortaya çıxacaq, çünki biz kataloqu hazırlayırıq, amma məhz alimlər bu məlumatlardan istifadə edib,” bizə yeni məlumatlar verəcək, Prusti söyləyir.

GAIA missiyasnının 2018-i ilin sonunda başa çatdırılması planlaşdırılırdı, amma alimlər onun daha dörd il artırıla biləcəyini deyir.

XS
SM
MD
LG