Accessibility links

Qamət Süleymanov: İslam dinində “cihad nikahı” adlı nə anlayış, nə də əməl var


Qamət Süleymanov
Qamət Süleymanov

Yerli mətbuat son günlər Sumqayıt şəhərində “cihad nikahı”nı təbliğ edən vərəqələr yayıldığını yazır

“İslam dinində “cihad nikahı” adlı nə anlayış, nə də əməl var”, - fəaliyyəti dayandırılmış “Əbubəkr məscidi” dini icmasının rəhbəri Qamət Süleymanov Amerikanın Səsinə bildirib.

O,hesab edir ki, bu, böhtan və qərəzdən başqa bir şey deyil. Q.Süleymanov bunu Suriyada Bəşər Əsəd rejiminə qarşı vuruşan müxaliflərə qarşı “informasiya müharibəsi”, onları gözdən salmaq cəhdləri kimi dəyərləndirib.

O, “cihad nikahı”nı təbliğ edən vərəqələrdə qadının 250 “cihad nikahı”dan sonra cənnətə düşəcəyilə bağlı açıqlamaları da absurd adlandırıb.

Son günlər Sumqayıt şəhərində “cihad nikahı”nı təbliğ edən vərəqələr yayılır. Bu vərəqələrdə qadın və qızlar Suriyada döyüşə və “cihad nikahı”na dəvət olunurlar. Bu vərəqələri xəvaricilər cərəyanına mənsub olanların yayması haqda informasiyalar var.

Keçən ilin sonlarında Sumqayıtda Suriyaya döyüşə getməyən sələfilərlə döyüşlərə qatılan xəvariclər arasında məhz bu məsələ ilə bağlı silah tətbiq olunmaqla insident baş verib. Yaralananlar və həbs edilənlər olub.
XS
SM
MD
LG