Qan qrupu xəstəliklərin göstəricisi ola bilər. Nadir qan qrupuna malik olan insanlarda damar xəstəlikləri riski yüksək olur. Alimlər müəyyən ediblər ki, belə insanlarda ürək xəstəliklərinə daha çox rast gəlinir.
Qan qrupları fərqli olur- A, B, ən nadir AB və ən çox yayılanı O qrupudur. AB qan qrupuna malik olanlarda ürək xəstəlikləri riski 23, B qrupuna malik olanlarda 11, A qrupunda isə 5 faiz çox olur.
Qan qrupları fərqli olur- A, B, ən nadir AB və ən çox yayılanı O qrupudur. AB qan qrupuna malik olanlarda ürək xəstəlikləri riski 23, B qrupuna malik olanlarda 11, A qrupunda isə 5 faiz çox olur.
Harvard universitetinin apardığı tədqiqat 20 il davam edib. Çinsiyyətindən asılı olmayaraq araşdırmaların iştirakçıları eyni nəticələr göstərib.
Amerikalıların 43 faizi O, 57 faizi isə A, B və ya AB qan qrupuna malikdir.
A qrupunda yüksək xolistirin, B qrupunda yüksək qan təzyiqi riski aşkar edilib. AB qan qrupuna malik olanlarda laxtalanma riski müəyyən edilib.
Tədqiqatın nəticələri AB, A və B qan qrupu daşıyıcılarının 100 faiz xroniki xəstəliklərə malik olacağı demək deyil. Araşdırmalar yalnız risk qruplarının müəyyən edilməsinə yardım edib.