Accessibility links

"Qanun" nəşriyyatında axtarış başa çatıb. Yarımfabrikat materiallar götürülüb [Yenilənib]


"Qanun" nəşriyyatında axtarış
"Qanun" nəşriyyatında axtarış

Təxminən günorta radələrindən Qanun nəşriyyatında başlanan axtarışlar indi başa çatıb.

Bu barədə Amerikanın Səsinə Qanun nəşriyyatının direktoru Şahbaz Xuduoğlu deyib.

Onun sözlərinə görə, nəşriyyatda bomba tapılmayıb.

"Təxminən 5-10 dəqiqə olar axtarış bitib.Bomba məsələsini isə polis belə izah edib ki, yanlışlıq olub. Polislər nəşriyyatın mətbəəsində, işçilərin olduğu yerlərə baxış keçiriblər. Sonda mətbəədən yarımfabrikat materialları götürdülər. Dedilər ki, bunlar baxış üçündür. Onların gətirdikləri hal şahidləri də var idi. Bizim işçilərdən də axtarışda iştirak edirdilər", Şahbaz Xuduoğlu deyib.

Baş verənləri şərh edən Xuduoğlu bildirib ki, bu müliyyət hüququnun pozulmasıdır.

"Onların axtardığı bomba deyil idi. Nəsə başqa şey idi", nəşriyyatın direktoru əlavə edib.

Atılacaq addımlara gəldikdə isə Ş.Xuduoğlu hüquqi baxımdan bütün addımların atılacağını bildirib.

****

"Qanun” nəşriyyatında axtarış davam edir. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, axtarışda polislə yanaşı prokurorluğun əməkdaşları da iştirak edir. AzadlıqRadiosunun verdiyi məlumata görə, bu dəqiqələrdə nəşriyyatın direktoru Şahbaz Xuduoğlunun otağının yoxlandığı bildirilir.

***

Polis "Qanun" nəşriyyatında yenidən yoxlamaya başlayıb.

Polisin jurnalistləri içəri buraxmadığı deyilir. Hadisə yerində olan jurnalistlərin verdiyi məlumata görə, içəri yalnız nəşriyyatın direktoru Şahbaz Xuduoğlu və bir neçə əməkdaş buraxılıb.

CANLI YAYIM - MEYDAN TV

Əvvəlcə bildirilmişdi ki, “Qanun” nəşriyyatın direktoru Şahbaz Xuduoğlu ofislərinə daxil ola bilmir. Bu barədə O, Facebook səhifəsində bir video paylaşıb. Həmin video görüntüdə polis işçisi Şahbaz Xuduoğluna nəşriyyata daxil olmağa icazə verilmədiyini söyləyir. Şahbaz Xuduoğlu isə polisdən bu qadağadan ötrü sənəd istəyir. Polis işçisi Ş. Xuduoğlunu kənarda gözləməyə dəvət edir.

***

İyunun 11-də polis "Qanun" nəşriyyatının binasına daxil olmağa çalışıb. Buna səbəb kimi ofisə bomba qoyulması haqda "102" xidmətinə məlumat daxil olduğunu göstərib. Nəşriyyatın direktoru Ş. Xuduoğlu həmin vaxt kənarda olduğundan polislər içəri daxil ola bilməyiblər. Dünəndən nəşriyyatın qarşısında polis post qurulub.

Şahbaz Xuduoğlu Azadlıq Radiosuna bildirmişdi ki, binanın mühasirəyə alınması və sonra anonim zəng adı ilə ona müraciət edilməsi şübhəlidir:

“Çünki mən özüm də 102 xidmətinə zəng vurdum, mənə dedilər ki, bizə “Qanun” nəşriyyatı haqda belə bir anonim zəng gəlməyib. Bu hadisələr göstərir ki, o polislər ya ünvanı səhv salıblar, bəlkə də “Qanun” nəşriyyatına gəlməməliydilər, ya da hansısa məxfi bir məlumat var. O məlumat bomba deyil, başqa şey haqqındadır. Hər-halda biz ancaq kitab istehsal edirik, başqa bir işimiz yoxdur. İstənilən halda burda qərəzli bir niyyət görünür.

Yaxın dəqiqələrdə nəşriyyatda baxış keçiriləcəyi gözlənilir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG