Accessibility links

“Qanun”dan oğurluq ediblər


Sentyabrın 27-də gecə saatlarında “Qanun” Nəşriyyat Evindən oğurluq olub, 3 min manatdan çox pul oğurlanıb.

“Qanun” Nəşriyyat Evinin direktoru Şahbaz Xuduoğlu Amerikanın Səsinə bildirib ki, oğurluq sırf kriminal hadisədir və faktla bağlı Nəsimi rayon Polis İdarəsində cinayət işi başlanıb.

Xuduoğlu oğurluqla bağlı bunları deyib: “Qanun” Nəşriyyat Evinin əsas qapısı açılıb, mühasibatlığın qıfılı sındırılıb, şkaflar ələk-vələk edilib. Ən üst mərtəbənin banından tavan dağıdılıb, “Əli və Nino” Kitab Dükanlar Şəbəkəsinin yerləşdiyi otağın seyfi yarılıb. Eyni mərtəbədə olan başqa bir otağın əşyaları dağıdılıb. Daha bir qapıya lom salınıb. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalayıblar.

İşçilər gəldilər, polisləri çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 mindən çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. Tarixə baxdıq - 27 sentyabr. Düz bir il əvvəl də eyni gündə, eyni hadisə baş vermişdi. O zaman açılmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında qaldı, sıxıldı, əzildi və günlərin bir günü havaya qovuşdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən.

Biz ümidimizi itirməmişik. Yenə, bu dəfə də polisə sığındıq. Amma, əgər keçən il eyni vaxtda baş verən o “əsrin oğurluğu” açılsaydı, bu gün bu hadisə baş verməzdi. Bomba axtarmaq adıyla nəşriyyatımız bağlanmasaydı, vergilər tərəfindən 150 min qondarma cərimə edilməsəydik, gömrükdə kitablarımız həbsə alınmasaydı, bir sözlə, qanun işləsəydi, hüququn aliliyi qorunsaydı, bu gün öyrəncəli oğruların asan gəlir mənbəyinə çevrilməzdik”, Xuduoğlu narazılığını ifadə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG