Accessibility links

Milli Məclis cəzaların humanistləşdirilməsinə yönəlmilş qanun layihəsini müzakirə edəcək


Milli Məclis
Milli Məclis

Azərbaycan prezidenti İlham Əliyev parlamentə cəzaların humanistləşdirilməsinə yönəlmiş düzəlişlər layihəsini göndərib.

Sənəddə böyük ictimai təhlükə yaratmayan və ya ehtiyatsızlıqdan törədilmiş 10-dan çox əməlin dekriminallaşdırılması nəzərdə tutulur.

Eyni zamanda, mülkiyyətə qarşı cinayətə görə məsuliyyət yaradan cərimənin məbləği 100 manatdan 500 manata qədər qaldırılır, amma bu əməllər inzibati pozuntulara tövsif edilir.

Bundan başqa, Cinayət Məcəlləsinə (CM) yaşayış yeri üzrə nəzarət altında cəza çəkilməsini nəzərdə tutan yeni cəza növü tətbiq edilir. O, CM-in 140-dan çox maddəsi üzrə alternativ cəza tədbiri kimi tətbir edilir.

CM-nin daha 80 maddəsində azadlıqdan məhrumetməyə alternativ kimi cərimə tətbiq edilir. Eyni sayda maddədə maksimum azadlıqdan məhrumetmə həddi azaldılır.

35 cinayət əməli az ağır cinayətdən böyük ictimai təhlükə doğurmayan əməllərə keçirilir.

Daha 6 cinayət ağır cinayətlər qrupundan az ağır cinayətlər qrupuna keçirilir.

Bundan başqa, zərərçəkmişlərlə barışıq institutunun təkmilləşdirilməsi nəzərdə tutulur. Belə ki, 20-dən çox cinayətdə barışıq və ziyanın ödənilməsi şərti ilə cinayət məsuliyyətindən azad edilmə nəzərdə tutulur.

Bundan başqa, narkotik maddələri satış məqsədi olmadan özü üçün saxlayan və istifadə edən şəxslərin xəstə kimi tanınması və məcburi müalicəyə götürülməsi nəzərdə tutulur.

Amma bu halda cinayət məsuliyyətindən azadetmə yalnız bir dəfə tətbiq ediləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG