Accessibility links

Milli Məclis AGÇ yataqları üzrə yenilənmiş sazişi təsdiq edib


 "Azəri-Çıraq-Günəşli”
"Azəri-Çıraq-Günəşli”

Oktyabrın 31-də Azərbaycan Milli Məclisi sentyabrın 14-də Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Azerbaijan (ACG) Limited”, BP, “Chevron”, “Inpex”, “Statoil”, “ExxonMobil”, TP, “Itochu” və “ONGC Videsh” şirkətləri arasında imzalanmış Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri”, Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında yenilənmiş sazişi təsdiq edib. Hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş 2050-ci ilədək davam edəcək.

Sazişə əsasən beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3,6 milyard dollar bonus ödəyəcək.

BP şirkəti layihənin operatorudur. Sazişdə SOCAR 25%, BP - 30,37%, "Chevron" - 9,57%, "Inpex" - 9,31%, "Statoil" - 7,27%, "ExxonMobil" - 6,79%, TP - 5,73%, "Itochu" - 3,65% və "ONGC Videsh Ltd." (OVL) - 2,31% paya malikdir.

SOCAR-ın “AzAÇG” şirkəti podratçı kimi kontraktın icrasında iştirak edəcək. Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75% təşkil edəcək.

"AÇG" üzrə əvvəlki hasilatın pay bölgüsü haqqında saziş 20 sentyabr 1994-cü il tarixində imzalanıb.

İlk neft “Çıraq” yatağından 1997-ci il noyabrın 7-də əldə edilib.

Hazırda "AÇG"-də 8 platforma - 6 hasilat platforması və 2 texnoloji platforma var. Bu platformalardan hasil edilən neft və qaz Səngəçal terminalına nəql olunur.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG