Accessibility links

REAL: Hakimiyyət İlqar Məmmədovun “Qanun”da hazırlanan flayerlərinin "bomba" effekti yaradacağını düşünür


İlqar Məmmədov
İlqar Məmmədov

Son iki gündür "Qanun" nəşriyyatında yoxlamalar haqqında məlumatlar yayılmaqdadır. Bu "yoxlama"ların səbəbi kimi İlqar Məmmədovun ad günü münasibətilə hazırlanmış flayerlər müsadirə olunub.

Bu barədə REAL Hərəkatının bəyanatında deyilir.

REAL, bu flayerləri təşkilatın həbsdə olan sədri İlqar Məmmədovla bağlı ad günü tədbirləri çərçivəsində sifariş verib. Bu, 1 milyon insanın sədrin həyat yolu və qanunsuz həbsi haqqında məlumatlandırmaq məqsədi daşıyıb.

REAL bəyan edir ki, flayerlərin müsadirəsi, bu cür operativ reaksiya hakimiyyətin bir daha cümhuriyyət ideyalarından və təşkilatın 3 ildən çoxdur ki, qanunsuz olaraq həbsdə saxlanılan sədrindən çəkindiyini sübut edir.

“Hakimiyyət nəşriyyatdakı yoxlamalara "bomba axtarmaq" adı qoymaqla bu flayerlərin yayılmasının "bomba" effekti yaradacağını düşünürdü”, sənəddə qeyd edilir.

REAL Azərbaycan ictimaiyyətini əmin edir ki, tərəqqinin, tərəqqipərvərlərin qarşısı alınmazdır.

“Hökumətin bütün fiziki və maddi gücü həqiqət qarşısında acizdir. 'Cümhuriyyət alternativi mütləqiyyətin reallaşmasına mane ola bilməyəcəyi bir zərurətdir'', bəyanatda deyilir.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG