Accessibility links

Qanunvericilər: Maykl Flinnin federal qanunu pozduğu mümkündür


Konqresin Nəzarət komitəsinin sədri Ceyson Şaffets və komitədə nüfuzlu demokrat qanunverici Elayca Kammins

Prezident Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri ictimai tədbirlərdə məruzələrə görə xarici hökumətlərdən aldığı qonorarı açıqlamadığı üçün federal qanunu pozmuş ola bilər. Bunu Konqresin Nəzarət komitəsinin rəhbərləri bildiriblər.

Kapitolidə nadir hallarda əldə edilən konsensus Ağ Evin komitənin təqaüddə olan general-leytenant Maykl Filinnin xarici kontaktları ilə bağlı sənədlərin açıqlaması haqda müraciətini rədd etməsindən sonra müşahidə edilir.

"Keşmiş hərbi zabit kimi siz sadəcə olaraq Rusiya, Türkiyə, ya da başqalarından pul ala bilməzsiniz, amma göründüyü kimi o alıb"-deyə komitənin sədri, Yuta ştatından respublikaçı qanunverici Ceyson Şaffets bildirib.

ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn
ABŞ-ın Milli Təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri Maykl Flinn

Məxfi keçən bir saatlıq brifinqindən sonra açıqlama verən Şaffets deyib ki, o, Flinnin qanuna riayət etdiyinə dair heç bir dəlil görməyib.

Keşmiş hərbi zabit kimi siz sadəcə olaraq Rusiya, Türkiyə, ya da başqalarından pul ala bilməzsiniz, amma göründüyü kimi o alıb
Ceyson Şaffets

Komitədə Merilend ştatından nüfuzlu demokrat qanunverici olan Elayca Kammins isə Flinnin kontaktlarının əsas problem olduğunu deyib. O əlavə edib ki, məsələ ilə indi Nümayəndələr Palatasının Kəşfiyyat komitəsi məşğul olmalıdır. "Kimsə onun günahkar olub-olmadığını müəyyən etməlidir"-deyə o, mətbuat konfransında bildirib.

Konqresmenlərin sözlərinə görə, Flinn federal hökuməti 2015-ci ildə Rusiyada çıxışları və Türkiyə hökumətinin maraqlarını təmsil etdiyinə görə aldığı qonorarlar barədə məlumatlandırmayıb. Qanunvericilər bildirib ki, Flinn Rusiyanın maliyyələşdirdiyi RT tele kanalının keçirdiyi qalada çıxış etmək üçün icazə almalı idi. Maykl Flinn Rusiya prezidenti Vladimir Putinlə bir masada oturduğu həmin qalada çıxış üçün 45 min dollar qonorar alıb. O həmçinin Türkiyə hökumətinin maraqlarını təmsil etmək məqsədilə lobbiçilik üçün 500 min dollardan artıq maliyyə alıb.

Kammins və Şaffets bildiriblər ki, Flinn bunun üçün icazə istəməyib və icazə almayıb və o, cinayət məsuliyyətinə cəlb oluna bilər.

Flinn Donald Trampın hakimiyyətə gəlməsindən öncə keçid dövründə Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla söhbəti haqda vitse-prezident Maykl Pensə yanlış məlumat verdiyi üçün Ağ Evi tərk etməli olmuşdu.

XS
SM
MD
LG