Accessibility links

Konqresin heyəti Flinnin sənədlərini əldə etmək üçün səyləri gücləndirir


ABŞ senatoru Suzan Kollins

ABŞ Konqresinin komitələrindəki heyətlərin üzvləri keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinnin ifadə verməsi üçün onun yenidən çağırılmasına çalışır.

Flinn bu həftənin əvvəli Senatın Kəşfiyyat komitəsinə rədd cavabı verərək, onun Tramp administrasiyasının hakimiyyətə gəldiyi ilk həftələr 24 gün müddətində Ağ Evin milli təhlükəsizlik müşaviri olduğu dövr haqda məlumatları komitəyə təqdim etməkdən imtina edib. Tramp Flinni vitse-prezident Mayk Pensə Rusiyanın Birləşmiş Ştatlardakı səfiri ilə kontaktları haqda yanlış məlumat verdiyinə görə vəzifəsindən azad edib.

Biz onun könüllü iştirakını istəyirdik. O imtina etdi. Biz ona çağırış vərəqəsi göndərəcəyik.
Konqresmen Adam Şiff

Senat və Nümayəndələr Palatasının kəşfiyyat heyətləri Flinnin ifadə verməsi üçün ona yenidən çağırış göndəriləcəyini bildirib. Təqaüdə çıxmış ordu generalı olan Flinn keçən il Trampın seçki kampaniyasında müşavirlərdən biri olmuşdu.

“Biz onun könüllü iştirakını istəyirdik. O imtina etdi. Biz ona çağırış vərəqəsi göndərəcəyik”, Nümayəndələr Palatasında nüfuzlu demokrat qanunverici Adam Şiff bildirib.

Bu sənədlərdə keçirilən görüşlər göstərilə bilər. Biz bilmirik. Buna görə də biz onları təhlil etmək istəyirik.
Senator Suzan Kollins

Sənədləri Senatın heyətinə təqdim etməkdən imtina etməklə Flinn ABŞ Konstitusiyasında özünə qarşı ifadə verməmək hüququ haqda beşinci düzəlişə müraciət edib. Hüquqi ekspertlər bildirir ki, o, Konqresdəki təhqiqatçılara informasiyanı ötürsə, eyni imtiyazları saxlaya bilməmək kimi risklə qarşılaşır.

Keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn
Keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn

Senatorların fikrincə, sənədlər Rusiyanın ABŞ prezident seçkilərinə müdaxiləsi məsələsinə işıq sala bilər. Qanunvericilər eyni zamanda, Flinnin biznes sənədləri ilə tanış olmaq istəyir.

Meyn ştatından senator Suzan Kollins deyib ki, biznes sənədlərində Rusiya hökuməti, ya da ona yaxın qurumların ödənişləri göstərilə bilər. “Bu sənədlərdə keçirilən görüşlər göstərilə bilər. Biz bilmirik. Buna görə də biz onları təhlil etmək istəyirik”, senator bildirib.

Flinn keçən illər ərzində Moskvada keçirilən tədbirlərdə iştirak etdiyinə görə 30 mindən çox maliyyə vəsaiti alıb. Buraya 2015-ci ildə Kremlin dəstəklədiyi RT tele kanalının yubileyi münasibətilə onun Rusiya prezidenti Vladimir Putinlə bir masa arxasında oturduğu ziyafət də daxildir. Bundan əlavə, Türkiyənin Birləşmiş Ştatlarda maraqlarını təmsil etmək üçün Flinnə 500 min dollar məbləğində vəsait ödənib.

XS
SM
MD
LG