Accessibility links

Böhtana görə yeni cəza növləri tətbiq edilə bilər


Media-simvol
Media-simvol

Azərbaycanda böhtana görə yeni cəza növlərinin tətbiqi nəzrdə tutulur. Bellə ki, Milli Məclisə Cinayət Məcəlləsinin 147-ci (Böhtan) maddəsinə əlavələrin edilməsi təklif edilib.

Təklifə əsasən, böhtana görə 3 ilədək azadlığın məhdudlaşdırılması cəzası tətbiq ediləcək. Mövcud qanunvericilikdə 2 ilədək islah işləri və ya 3 ilədək azadlıqdan məhrumetmə cəzası var: Azadlığın məhdudlaşdırılması cəzası isə məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanmaqla azadlıq hüququnun məhdudlaşdırılmasından ibarətdir.

Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək kimi qaydalara əməl etməlidir.

Bundan əlavə, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməməli, cəzanın icrasına nəzarət edən orqanın razılığı olmadan yaşayış yerini dəyişməmli, habelə həmin orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmalıdır.

Layihə Milli Məclisin oktyabrın 20-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Deputat Fazil Mustafa deyib ki, yeni cəza növünün tətbiqi heç də indiki qanunvericilikdə nəzərdə tutulan cəza növlərinin ləğvi deyil: "Bu təklif indiyə kimi qüüvədə olan cəza növlərini, yəni, azadlıqdan məhrumetməni və s. aradan qaldırmır, əksinə hakimə alternativ cəza vermə imkanı yaradır. Odur ki, bunu heç də buna qədərki cəza növlərinin aradan qaldırılması kimi anlamaq doğru deyil", deputat qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG