Bir həfədən də az zamanda ikinci dəfə ABŞ-ın şərq sahilinə gələn qasırğa 60 santimetr şiddətli qar çövğunu gətirərək bir milyon insanı işıqsız qoyub.
Qar əriməyə başlamazdan əvvəl sinoptiklər gələn həftənin əvvəli daha bir qar çovğununun şərq sahili boyu gələ biləcəyini proqnozlaşdırır.
Qar çovğunu və buzlu yollar rəsmiləri region boyu məktəbləri bağlamağa, minlərlə uçuşu ləğv etməyə və ya təxirə salmağa vadar edib.
Milli Meteorologiya Xidməti şimalda Yeni İngiltərə regionuna 45 santimetrə qədər qar yağacağını proqnozlaşdırıb.
Nyu Cersi və Pensilvaniya ştatlarının qubernatorları fövqəladə vəziyyət elan edərək hər ehtimala qarşı bərpa əməliyyatlarına hökumət fondunundan maliyyə ayırıb.
Nyu York ştatının Saffern şəhərində ağaçın qırılması nəticəsində ölən 88 yaşlı bir qadın da daxil olmaqla iki nəfər qasırğa nəticəsində həlak olbu.