Accessibility links

Qar yağacaq, çovğun olacaq, yollar buz bağlayacaq


Bakıda qar

Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkədə hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Xəbərdarlıqda deyilir ki, yanvarın 24-dən 27-dək Bakıda və Abşeron yarımadasında hava qeyri-sabit olacaq, arabir yağış yağacaq, yanvarın 25-dən sulu qara, qara keçəcək, yağıntı bəzi yerlərdə intensivləşəcək.

Yanvarın 25-26-da güclü şimal-qərb küləyi əsəcək. Yollar buz bağlayacaq, çovğun olacağı ehtimalı var. Temperatur ötən günlərlə müqayisədə tədricən 6-8 dərəcə aşağı enəcək.

Yanvarın 23-ü axşamdan 27-si gündüzədək Azərbaycanın rayonlarında da hava şəraitinin kəskin dəyişəcəyi, yağış, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Temperatur ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcək. Ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcək. Çovğun olacağı, yolların buz bağlayacağı ehtimalı var.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG