Accessibility links

Xəbərdarlıq: Qar yağacaq, şaxta olacaq


Bakıda qar
Bakıda qar

Bakıda və Abşeron yarımadasında yanvarın 7-də axşamdan başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi, şimal küləyinin güclənəcəyi, yanvarın 8-dən 10-dək fasilələrlə yağıntı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin xəbərdalığında deyilir.

Yanvarın 8-də havanın temperaturunun ötən günlə müqayisədə 10-12 dərəcə aşağı düşəcəyi, yanvarın 8-də gün ərzində 0 dərəcəyə yaxın, axşama doğru 2 dərəcəyədək şaxta, yanvarın 9-da gün ərzində 0 dərəcəyə yaxın, yanvarın 9-10-da gecə saatlarında 4 dərəcəyədək şaxta olacaq.

Azərbaycanın rayonlarında isə bu proses yanvarın 7-də günün ikinci yarısında qərb rayonlarından başlayacaq. Yanvarın 10-dək hava şəraiti fasilələrlə yağıntılı olacaq, sulu qar, qar yağacaq, arabir intensivləşəcək. Əsasən Kür vadisi rayonlarında qərb küləyi güclənəcək, temperatur kəskin enəcək. Yollar buz bağlayacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə yanvarın 7-də Bakıda və Abşeron yarımadasında yağmursuz keçəcək. Arabir güclənən cənub-qərb küləyi əsəcək. Gecə 3-5, gündüz 12-14 dərəcə isti olacaq. Axşam hava kəskin dəyişək.

Azərbaycanın rayonlarında isə yanvarın 7-də gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq, günün ikinci yarısından başlayaraq yağış, sulu qar, qar yağacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Gecə 0-5, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, günün birinci yarısında 5-10 dərəcə isti, axşam 0-3 dərəcə şaxta olacaq.

XS
SM
MD
LG