Accessibility links

Qarabağa dəstək mitinqləri ilə əlaqədar həbs edilən Salar Tahir Əfşar 4 il həbs cəzasına məhkum edilib


Salar Tahir Əfşar
Salar Tahir Əfşar

İranın Urmiyə şəhərində yaşayan azərbaycanlı fəal Salar Tahir Əfşar 4 il həbs cəzasına məhkum edilib.

Amerikanın Səsinin əldə etdiyi məlumata görə, İran Azərbaycanın Urmiyə şəhərindən olan siyasi fəal Salar Tahir Əfşar Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən 4 il həbs cəzasına məhkum edilib.

Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsi tərəfindən Salar Tahir Əfşara verilən hökm şifahi olaraq ona deyilib.

Fəala hökm "İran İslam Respublikasına qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamları üzrə oxunub.

Salar Tahir Əfşar məhkəmə tərəfindən aldığı çağırışda dekabrın 14-də Urmiyə İnqilab Məhkəməsinin 2-ci şöbəsinə müraciət etməsi tələb edilmişdi.

Urmiyəli fəal iyulun 16-da İran Azərbaycanında Ermənistan-Azərbaycan Tovuz sərhədində baş verən toqquşmadan sonra Azərbaycan Respublikası və ordusuna dəstək məqsədi ilə keçirilən mitinqlərlə əlaqədar Urmiyədə saxlanılmış və bir neçə gün sonra 50 milyon tümənlik girov müqabilində müvəqqəti azadlığa buraxılmışdı.

O, həmçinin sentyabrın 27-də Dağlıq Qarabağda hərbi münaqişə başladıqdan bəri İran Azərbaycanı və İranda türklərin yaşadığı digər bölgələrdə Azərbaycan Respublikasına dəstək üçün keçirilən mitinqlərlə əlaqədar təkrar İran kəşfiyyat orqanları tərəfindən həbs edilmişdi.

Salar Tahir Əfşar indiyədək dəfələrlə İran hökumətinin təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin məhkəmələri tərəfindən fərqli ittihamlarla mühakimə olduqdan sonra həbs və qamçılanma cəzalarına məhkum edilib.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG