Accessibility links

Mətbuat İcmalı: Dağlıq Qarabağ münaqişəsi


"Washington Post" qəzetində “Dağlıq Qarabağ böhranı-İzahat” adlı yazıda son günlər bölgədə baş verənlərə aydınlıq gətirilir.

Həftə sonu zorakılıqlarının əvvəlkilərlə müqayisədə misilsiz ölçüdə eskalasiyası müşahidə edilib. Cəbhə xəttində qızğın döyüşlər qeydə alınıb. Ölənlərin sayı 46 nəfər təşkil edir. Tərəflər təcili atəşkəs elan edib.

​Qəzet gərginliklərin 1988-ci ildən baş qaldırdığını yazır. Münaqişə 30 min insan həyatı bahasına başa gəlib. Milyonlarla insan qaçqın və məcbur köçkünə çevrilib. 700 mindən artıq azərbaycanlı Qarabağdan didərgin düşüb.

"Washington Post" 235 min erməninin Azərbaycan ərazilərini tərk etdiyini yazır.

ATƏT kimi beynəlxalq təşkilatların səylərinə baxmayaraq, sülh prosesi olduqca yavaş irəliləyir. Azərbaycan və Ermənistan qüvvələrinin nəzarəti altında olan təmas xətti Avropanın ən hərbiləşdirilmiş zonasıdır.

Qəzet yazır ki, Moskva həm Azərbaycan, həm də Ermənistanı silahla təmin etməklə, bu münaqişədə ikili mövqedən çıxış edir. Rusiya eyni zamanda sülh razılığı əldə edilməsində aparıcı rol oynayır.

"London Post" qəzeti də cəbhə xəttindəki son olaylardan yazır. Qəzet “Dağlıq Qarabağ münaqişəsi Avropanın təhlükəsizliyinə hədədir” adlı məqalədə bəzi Qərb nümayəndələrinin münaqişəni dini və mədəni münaqişə kimi qiymətləndirilməsinə baxmayaraq, əslində bu, Ermənistanın ərazi iddialarına əsaslanır.

Qəzet belə bir sual qaldırır. Nəyə görə indi? ATƏT-in Minsk qrupu son 20 ildə sülh əldə edilməsi yolunda irəliləyir. Lakin qurumun səyləri qeyri-effektiv mexanizmə çevrilib. Həmsədrlər münaqişənin həllindənsə, regionda öz təhlükəsizliyi və iqtisadi maraqlarına üstünlük verir.

"London Post" yazır ki, Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə riayət etməkdən boyun qaçıqır. 822, 853 ,874 və 884 saylı qətnamələrdə qeyd-şərtsiz olaraq Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməsi tələb olunur.

Qəzet təcavüzkar Ermənistanın 1 milyondan artıq azərbaycanlını evlərindən digərgin saldığını yazır.

"New York Times" qəzeti yüzlərlə könüllü erməninin Dağlıq Qarabağa getdiyi yazır.

Könüllülərdən biri 67 yaşlı Lev Gevorkyan qəzetə bildirib ki, Qarabağ heç vaxt Azərbaycan ərazisi olmayıb və Azərbaycan deyilən bir dövlət mövcud deyil.

Bakıda isə müdafiə naziri Zakir Həsənov dinc əhalinin yaşadığı bölgələrin atəşə tutulduğu təqdirdə Stepanakertə qarşı hücuma keçiləcəyi barədə xəbərdarlıq verib.

Qəzet yazır ki, Rusiyanın baş naziri Dmitri Medvedev cümə axşamı günü Yerevana, xarici işlər naziri Sergey Lavrov isə Bakıya səfər edəcək. Rusiyanın XİN səfərləri Rusiyanın dərin narahatlığı ilə izah edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG