Accessibility links

Qarakənd hadisəsindən 26 il keçir


Qarakənd yaxınlığında vurulan helikopter
Qarakənd yaxınlığında vurulan helikopter

Azərbaycanın hazırda erməni silahlı birləşmələrinin nəzarətində olan Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycanın rəsmi şəxslərinin də olduğu "Mi-8" vertolyotunun vurulmasından 26 il ötür.

Hadisə nəticəsində vertolyotda olan 22 nəfər - ölkənin yüksək rütbəli dövlət xadimləri, deputatlar, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Onların arasında Azərbaycanın daxili işlər naziri Məhəmməd Əsədov, baş prokuror İsmət Qayıbov, dövlət katibi Tofiq İsmayılov, onun köməkçisi Rafiq Məmmədov, SSRİ Ali Sovetinin deputatları Vəli Məmmədov və baş nazirin müavini Zülfü Hacıyev olub.

Habelə, Prezident Aparatının şöbə müdiri Osman Mirzəyev, Şuşa şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Cəfərov, jurnalist Alı Mustafayev, operator Fəxrəddin Şahbazov, işıqçı Arif Hüseynzadə həlak olanların arasındadır.

İlkin rəsmi məlumatlarda vertolyotun dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, sonradan onun vurulduğu təsdiqlənib.

Faktla bağlı 1991-ci ildə cinayət işi açılıb. Sonradan cinayət işi üzrə istintaq dayandırılıb. Səbəb kimi hadisənin baş verdiyi ərazinin Ermənistan Silahlı Qüvvələrinin nəzarətində olması göstərilib. Cinayəti törədən şəxsləri müəyyənləşdirmək hələ də mümkün olmayıb.

XS
SM
MD
LG