Satirik Charlie Hebdo jurnalının Paris ofisinə hücum edən islamçı qardaşlardan daha biri bu gün dəfn edilib.
Şərif Koaçi gecə yarısı Qennesvillers qəbiristanlığında ailəsinin iştirakı olmadan torpağa tapşırılıb.
Bir gün əvvəl isə onun böyük qardaşı Səid Reyms şəhərində dəfn olunub.
Məzarın ekstremistlər üçün ziyarətgaha çevriləcəyinə dair narahatlıqlara görə qəbir işarəsiz saxlanılıb.
Eyni zamanda Malidən olan 24 yaşlı müsəlman Lassana Batiliyə vətəndaşlıq vəd edilib. O, yəhudi marketinə hücum zamanı müştəriləri soyuducuda gizlədib.
Batili Amerikanın Səsinə Fransa prezidenti Fransua Ollandın ona şəxsən zəng edərək, vətəndaşlıq vəd etdiyini bildirib.