Accessibility links

Qasırğalar ABŞ-da iş yerlərinin azalmasına səbəb olub


Qasırğalar ABŞ-da iş yerlərinin azalmasına səbəb olub
please wait

No media source currently available

0:00 0:02:08 0:00

ABŞ-da ard-qarda baş verən iki qasırğa gözləniləndən daha çox iş yerinin itrilməsinə səbəb olub. Sentyabr ayından ümumilikdə 33 min insan işsiz qalıb. Lakin belə görünür ki, bunun milli işsizlik səviyyəsinə heç bir təsiri olmayıb, çünki isizlik səviyyəsi 2001-ci ildən bəri ən aşağı səviyyəyə, yəni 4.2 faizə enib.

İnsanlar artıq işlərinə geri dönür. Oktyabr ayında iş göstəriciləri güclü olacqa və o zaman biz bərpa işlərinə ayrılan federal yardım və sığorta ödəmələrinin faydasını görəcəyik. Yəni önümüzdəki rüblər ərzində bütün ziyanları aradan qaldıracağıq.
Qas Foşer

Harvi və İrma qasırğaları 1,5 milyon insanı işindən edib. Nəticədə ötən ay ABŞ iqtisadiyyatı daha çox iş yeri itirib nəinki qazanıb. Bu isə 2010-cu ildən bəri ən aşağı göstəricidir.

Lakin Macroeconomic Advisers şirkətindən Ben Herzon deyir ki, bu, bütov mənzərəni əks etdirmir.

“Qasırğanın təsirlərini nəzərə almasaq, əslində göstəricilər yaxşıdır. Qasırğanın təsirini çıxsaq, 200 min yeni iş yerinin yarandığını görmək olar”, o deyir.

Bu isə bu ilin aylıq iş göstəriciləri ilə uyğundur. Ən böyük sürpriz isə odur ki, saat başına ortalama əmək haqqı yarım faiz artıb. Onlayn iş saytı – Indeed.com-un baş iqtisadçısı Ced Kolko isə deyir ki, bunun çox adi izahı var.

“Buna səbəb odur ki, qasırğalar restoran və otellər kimi bəzi az maaşlı sektorlarda iş yerlərinin azalmasına gətirib çıxardı. Azmaaşlı iş yerlərində az insan çalışanda isə ortalama əmək haqqı artır”, Kolko bildirir.

İqtisadi araşdırmalar aparan Moody’s Analytics şirkəti bildirir ki, qasırğalar üçüncü rüb ÜDM-nin 0,8 faiz azalmasına səbəb ola bilər. Lakin iqtisadçılar bu təsirin müvəqqəti olacağını deyir.

“İnsanlar artıq işlərinə geri dönür. Oktyabr ayında iş göstəriciləri güclü olacqa və o zaman biz bərpa işlərinə ayrılan federal yardım və sığorta ödəmələrinin faydasını görəcəyik. Yəni önümüzdəki rüblər ərzində bütün ziyanları aradan qaldıracağıq”, deyə Qas Foşer bildirir.

ABŞ avtoistehsalçıları artıq müsbət təsirləri görməyə başlayıb. Onlar senytabr ayında 1,5-dan çox maşın satıblar.

“Məncə istehlakçıların vəziyyəti yaxşıdır. Onlar maşın, yüngül yük maşınları alırlar. Bu isə ABŞ istehsalçıları üçün müsbət haldır”, Foşer deyir.

Bəzi iqtisadçılar bir daha qasırğa olmasa iqtisadi bərpanın çox sürətli baş verəcəyini təxmin edir.

“Əslində gələn ay biz işlərin artdığını görəcəyik, çünki insanlar iş yerlərinə geri dönəcək. Mən bu göstəricinin oktyabr ayında 400 minə çatacağını gözləyirəm”, Ben Herzon söyləyir.

Ötən ay bəzi insanlarının işlərini itirmələrinə baxmayaraq, Əmək Departamenti bildirir ki, ötən il ərzində iş axtaran amerikalıların sayı 300 min nəfər azalıb.

XS
SM
MD
LG