Dekabrın 13-də Qarabağ Azadlıq Təşkilatının (QAT) bir qrup fəalı Səbael rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinə aparılıb.
QAT sədri Akif Nağı Amerikanın Səsinə bildirib ki, polis bölməsinə aparılan 9 nəfər dekabrın 10-da rusiyalı müğənni Filip Kirkorovun Bakıda konsertinə etiraz olaraq, aksiya keçiriblər. 9 nəfər QAT fəalındam polisdə izahat alınıb vəSəbael rayon Məhkəməsi tərəfindən xəbardarlıq edilərək azad buraxılıb.
Dekabrın 13-də QAT sədri Akif Nağının özü isə Bakı şəhər Baş Polis İdarəsinə aparılıb. Onu idarənin rəis müavini Səhlab Bağırov qəbul edib. Akif Nağıya xəbərdarlıq ediləndən sonra o, sərbəst buraxılıb.
Akif Nağı bu günlərdə Haqqin,az saytında müxbir kimi fəaliyyətə başlayan Ermənistan vətəndaşı Suzan Caginyanın ölkədən çıxarılması ilə bağlı bəyanatla çıxış edib.