Accessibility links

Qətərə tələblərə cavab verməsi üçün əlavə 48 saat verilib


Qətərlə uzanan diplomatik mübahisədə iştirak edən Səudiyyə Ərəbistanı və onun müttəfiqləri Qətərin qarşısına qoyulan tələbləri yerinə yetirməsi ilə bağlı danışıqların 48 saat müddətə uzadılacağını bəyan edib.

Qətərın blokadasına sülh yolu ilə son qoyulması üçün Körfəz Ərəb Dövlətləri ilə danışıqlar aparan Küveyt möhlətin sona çatmasından öncə bu vaxtın uzadılmasını istəyib.

Dohanı terroru dəstəkləməkdə və İranla ittifaqda olmaqda ittiham edən Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Misir iyun ayının 5-dən bəri Qətərlə diplomatik və ticari əlaqələri dayandırıb.

Qətər ona qarşı irəli sürülən ittihamları əsassız adlandıraraq, rədd edib.

Xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Əl-Sani deyib ki, Qətərə məxsus Əl-Cəzirə xəbər agentliyinın bağlanması tələbi də daxil edilməklə, Səudiyyə və onun müttəfiqlərinin tələrbləri dövlətin suverenliyinə hədədir.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp Səudiyyə kralı Salman Bin Əbdüləziz Əl-Səud, Qətər əmiri Tamin Bin Həmad Əl-Sani və Əbu-Dabinin şahzadəsi Məhəmməd Bin Zayid Əl-Nəhyanla ayrı-ayrılıqda vəziyyəti telefonla müzakirə edib.

XS
SM
MD
LG