Accessibility links

İlham Şaban: Dəm qazından zəhərlənmələr artacaq - tədbir görülməlidir [Video-müsahibə]


İlham Şaban: Dəm qazından zəhərlənmələr artacaq - tədbir görülməlidir
please wait

No media source currently available

0:00 0:06:39 0:00

Neft Araşdımaları Mərkəzinin rəhbəri pilot layihələrdə mərkəzləşmiş istilik sisteminin tətbiqini zəruri sayır

Neft Araşdımaları Mərkəzinin rəhbəri İlham Şaban Amerikanın Səsinə müsahibəsində dəm qazından zəhərlənmələrin səbəblərindən danışıb. Onun fikrincə, pilot tikinti layihələrində mərkəzləşdirlmiş istilik sistemi tətbiq edilməlidir.

Amerikanın Səsi: Yerli mediada Azərbaycanda son illərdə dəm qazından ölüm hallarının kəskin artması ilə bağlı xəbərlər yer alır. Sizcə dəm qazından ölüm hallarının artmasının səbəbi nədir?

Toksioloji mərkəzin açıqladığı informasiyalara görə il ərzində orta hesabla 500-1000 arasında dəm qazından zəhərlənmələr olur.

İlham Şaban: Havaların soyuq keçdiyi zaman belə hadisələr daha çox müşahidə olunur. Yəni, bu əsas səbəbdir. İkinci bir tərəfdən biz qeyd etsək ki, bu hadisələr kəskin artıb və yaxud da kəskin artmayıb. Bununla bağlı Daxili İşlər Nazirliyinin və yaxud başqa bir dövlət qurumunun hər hansı rəsmi statistikası yoxdur ki, onu müqayisə edəsən. Ancaq Toksioloji mərkəzin açıqladığı informasiyalara görə il ərzində orta hesabla 500-1000 arasında dəm qazından zəhərlənmələr olur. Bunun nə qədərinin ölümlə nəticələnməsi barədə də statisitika yoxdur. Yalnız mediada dərc olunan məlumatları bilirik.

Amerikanın Səsi: Amma son günlərdə mediada artıq 20 dən çox belə hallarla bağlı məlumatlar dərc olunub.

İlham Şaban: Bəli, biz görürük ki, bu ölkənin müxtəlif bölgələrində baş verir. Yəni bu, istənilən bir ərazidə, qazlaşdırılmış bir bölgədə, kimin evində qaz varsa onun başına gələn bir hadisədir. Başqa bir tərəfdən nəyə görə baş verir? Bu təbii ki, istifadəçi ilə qaz avadanlıqları arasında olan münasibətlərdən yaranır, o da onun düzgün istifadə edilməməsi, təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən doğur.

Amerikanın Səsi: Hökumət məişət qazından istifadə zamanı əhalinin təhlükəsizliyinin təminatı ilə bağlı normativ hüquqi aktlar qəbul edibmi? Qanunvericiliyə görə qazdan istifadə zamanı əhalinin üzərinə hansı məsuliyyət düşür?

“Azəriqaz” İstehsalat Birliyi hər il həm əhali qrupunu, həm də qeyri-əhali istehlakçılar qrupunu mütəmadi yoxlayır.

İlham Şaban: Əlbəttə, Sovet vaxtı da belə bir normativ aktlar mövcud olub. Həm də müstəqillik dövründə belə bir normativ sənədlər var. Bunun əsasında da paylayıcı şəbəkə, yəni “Azəriqaz” İstehsalat Birliyi hər il həm əhali qrupunu, həm də qeyri-əhali istehlakçılar qrupunu mütəmadi yoxlayır. Bu yoxlamalar nəticəsində normativ göstəricilərdən sarpmaları aradan qaldırmaq üçün aşkar edilən istehlakçılara müəyyən müddət verilir ki, onlar nasazlıqları aradan qaldırsın, sənədlərə uyğun tədbirlər görsün. Ancaq heç də biz bunu görmürük, istehlakçılar ona hər zaman əməl etmir. Məsələn, normativ sənədlərdə göstərilir ki, vanna otaqlarında qapılarda ventilyasiya (havalandırma-red.) dəlikləri olmalıdır. Bu gün Azəriqazın operatorları, nəzarətçilərinin əsasən ən çox şikayət etdikləri məsələ ondan ibarətdir ki, bir çox insanlar ventilyasiya dəliklərini ləğv edir. İkinci bir tərəfdən Sovet dönəmindəki binaların konstruksiyası elə idi ki, mərkəzləşdirilmiş isitmə sistemi olduğundan bir çox binalarda vanna otaqlarında qızdırıcı sistemlər nəzərdə tutulmamışdı. Ancaq indi vanna otaqlarına qızdırıcı sistemlər əlavə edildiyindən və ventilyasiya sistemi olmadığından dəm qazı təhlükəsi ilə zəhərlənmələrin sayı artır.

Amerikanın Səsi: Bir çox insanlar qazdan zəhərlənmənin səbəbini keyfiyyətsiz qazın verilməsində görür? Siz necə hesab edisiniz? Burada “Azəriqaz” məsuliyyət daşıyırmı?

Pilot layihələr çərçivəsində çox təəssüf elədiyim bir hadisə var, enerji effektivliyini artıran mərkəzləşdirilmiş istilik sistemi məsələsi heç də gündəmdə deyil. Ancaq bu məsələ gələcəkdə dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün hökumətin atacağı ən vacib addım olardı.

İlham Şaban: Mən o fikirlə razı deyiləm. Çünki Qaz Emalı zavodu mövcuddur. O cümlədən, Səngəçalda xarici şirkətlər Azərbaycana öz qazlarını təhvil verirlər, onların da qaz emalı qurğuları mövcuddur. İkinci bir tərəfdən də, fiziki baxımdan, texniki baxımdan bir istehklakçıya zəhərlənmiş, digərinə təmizlənmiş qaz vermək mümkün deyil. Yaxud da kimyəvi tərkibi başqa olan qaz vermək mümkün deyil. Əks təqdirdə bütöv bir ərazidə və ya binada kütləvi zəhərlənmələr olardı. Ancaq belə bir hadisə olmur. Başqa tərəfdən, o faktı qeyd etmək istəyirəm ki, hal-hazırda ölkədə, əsasən də paytaxt Bakıda pilot tikinti layihələri həyata keçirilir. Pilot layihələr çərçivəsində çox təəssüf elədiyim bir hadisə var, enerji effektivliyini artıran mərkəzləşdirilmiş istilik sistemi məsələsi heç də gündəmdə deyil. Ancaq bu məsələ gələcəkdə dəm qazı zəhərlənmələrinin qarşısının alınması üçün hökumətin atacağı ən vacib addım olardı.

Amerikanın Səsi: Dəm qazından zəhərlənmələrin azaldılması üçün hökumət hansı addımları atmalıdır? Əhali nə etməlidir?

Hökumət ilk növbədə o addımları atmalıdır ki, daha çox mərkəzləşdirilmiş istilik sisteminə keçsin. Bu qazın həm istehlakında rasional istifadəyə, hökumətin daha çox enerji effektivliyinə gətirən məsələ olardı.

İlham Şaban: Əhali necə ki, yol keçəndə sağına soluna baxır, burada da özünün təhlükəsizliyi üçün ən zəruri addımları atmalıdır. Yəni başqasına ümid bəsləməyin mənası yoxdur. Bu istehlakçının üzərinə düşən bir nömrəli vəzifədir. Hökumətə gəlincə, hökumət ilk növbədə o addımları atmalıdır ki, daha çox mərkəzləşdirilmiş istilik sisteminə keçsin. Bu qazın həm istehlakında rasional istifadəyə, hökumətin daha çox enerji effektivliyinə gətirən məsələ olardı. İkinci, bu addım hər il üzləşdiyimiz zəhərlənmələr və ölüm hallarının qarşısının alınmaslnda öz effektivliyini verərdi.

- Bir çox insanlar qazdan zəhərlənmənin səbəbini keyfiyyətsiz qazın verilməsində görür? Siz necə hesab edisiniz? Burada “Azəriqaz”ın məsuliyyət daşıyırmı?

- Dəm qazından zəhərlənmələrin azaldılması üçün hökumət hansı addımları atmalıdır? Əhali nə etməlidir?

XS
SM
MD
LG