Accessibility links

Azərbaycan Rusiyadan qaz almağa başlayıb


Qaz
Qaz

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Gazprom export” şirkəti Azərbaycana təbii qazın nəqlinin bərpa olunması barədə razılığa gəlib.

“Report” xəbər verir ki, bu barədə Rusiya şirkəti məlumat yayıb.

Bildirilib ki, bununla bağlı müqavilə ötən gün Moskvada imzalanıb. Qaz tədarükünün başlanması tarixi isə noyabrın 22--dir. Müqaviləyə əsasən, Azərbaycan bazarına 1,6 mlrd. kubmetr Rusiya qazının nəqli nəzərdə tutulur.

Məsələ ilə bağlı SOCAR-dan “Report” a verilən məlumata görə, SOCAR qaz anbarlarının imkanlarından tam istifadə etmək üçün xaricdən qaz idxal edir:“Daha sonra bu həcm ehiyaca görə həm xaricə ixrac edilə, həm də daxildə emal və s. məqsədlər üçün istifadə oluna bilər”.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG