Accessibility links

Bakı-Tbilisi-Ərzurum qaz kəməri partladılıb (Yenilənib)


Kəmərdə partlayış

Türkiyədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərində baş verən partlayış Azərbaycanda “Şahdəniz” platformasının işinə təsir göstərməyib. Bu barədə Trend-ə “BP Azerbaijan” şirkətindən bildirilib.

Məlumatda qeyd olunur ki, profilaktik tədbirlərdən sonra yataqda hasilat və platformanın bərpa işləri tədricən artır:

“Kəmərin tamamilə qazla dolması üçün 2-3 gün lazım olacaq. Belə ki, “Şahdəniz” yatağında hasilat bazar günü bərpa edilib, boru kəməri qazla indi dolmağa başlayır və qaz Türkiyəyə hələ gedib çatmayıb”.

***

Avqustun 25-də gecə saatlarında PKK (Kürd Fəhlə Partiyası) Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin Türkiyənin Qars vilayətinin Sarıqamış qəsəbəsindən keçən hissəsində partlayış törədib.

Türkiyə mediasının məlumatına görə, partlayış nəticəsində alov yüzlərlə metr ərazini əhatə edib, qaz nəqli dayandırılıb.

Xəsarət alanların olub-olmaması barədə məlumat verilmir.

Hazırda bölgədə ciddi təhlükəsizlik tədbirləri həyata keçirlir.

Azərbaycan tərəfi hələ partlayışla bağlı məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Çində sərt karantin qaydalarına qarşı etirazlar keçirilir
please wait

No media source currently available

0:00 0:13:17 0:00
XS
SM
MD
LG