Accessibility links

Qaz kəmərində yenidən partlayış baş verib


Magistral qaz kəmərində paptlayış
Magistral qaz kəmərində paptlayış

2016-cı il dekabrın 27-də Bakının Qaradağ rayonu Səngəçal qəsəbəsi ərazisində partlayış baş vermiş qaz xəttində yenidən partlayış olub.

Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən APA agentiyinə verilən məlumata görə, yanğınla nəticələnən partlayış yanvarın 2-də saat 07 radələrində kəmərin eyni yerində qeydə alınıb.

Hadisədən dərhal sonra FHN-in canlı qüvvəsi və texnikası əraziyə cəlb olunub.

Ərazidə təhlükəsizlik tədbirləri görülüb, Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərinə qaz vurulması dayandırılıb.

Yanğın lokallaşdırılıb, tam söndürülməsi üçün tədbirlər davam etdirilir.

Partlayış və yanğın nəticəsində zərəçəkənlərin olub-olmaması, səbələri barədə hələ məlumat verilmir.

Dekabrın 27-də baş verən partlayış və yanğın barədə videonu təqdim edirik. Videoda partlayışın yeri və səbəbləri barədə dolğun məlumat verilir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG