Accessibility links

Qazaxıstanda avtobusun yanması nəticəsində 52 nəfər həlak olub


Qazaxıstanın şimal-qərbində avtobusun yanması nəticəsində 52 Özbəkistan vətəndaşı həlak olub. Qazaxıstan Daxili İşlər Nazirliyinin cümə axşamı verdiyi məlumatda bildirilir ki, yerli vaxtla saat 10:30-da baş verən hadisə zamanı beş sərnişin yanan avtobusdan çıxmağa müvəffəq olub.

Macarıstan istehsalı olan İkarus avtobusu Aktau ərazisində, Qazaxıstanın Özbəkistanla sərhədi yaxınlığında yerləşən Şimkent şəhəri ilə Rusiyanın Samara şəhərini birləşdirən magistralda hərəkət edirdi. Bu magistral özbəkistanlı fəhlələri Rusiyaya nəqli üçün geniş istifadə edilir.

Hələlik yanğının səbəbi məlum deyil, lakin hadisə yerində olan təhqiqatçılar yanğının qısa qapanma nəticəsində baş verdiyini ehtimal edir.

Özbəkistan Xarici İşlər Nazirliyi bəyanatında bildirib ki, səfirlik əməkdaşları hadisə yerinə gediblər.

Keçən ilin oktyabr ayı 50 nəfərdən çox özbəkistan vətəndaşını daşıyan Qazaxıstan avtobusunun Rusiya ərazisində qatar ilə toqquşması nəticəsində 17 sərnişin həlak olub.

XS
SM
MD
LG