Accessibility links

Qazaxıstan polisi etirazlar zamanı jurnalistlər və fəalları saxlayıb [VİDEO]


Qazaxıstanda polis şənbə günü ölkənin böyük şəhərlərində keçən hökumət əleyhinə nümayişlər zamanı etirazlar onlarla insanı həbs edib.

Təhlükəsizlik qüvvələri tərəfindən saxlanılanlar arasında jurnalistlər və fəlların olduğu bildirilir. Etiraz nümayişləri paytaxt Astana, eləcə də Almata, Qaraqanda, Oral, Şumkent və Atırau şəhərlərində keçirilib.

Müxalifət Qazaxıstanda torpaq haqda qanuna mübahisəli dəyişikliklərin edilməsinə etiraz olaraq ölkə boyu nümayişlərin keçirilməsinə çağırıb. Dəyişikliklər ferma torpaqlarının satılmasına və xarici investorların torpaqların bir hissəsini 25 il müddətinədək icarəyə götürməsinə icazə verilməsi nəzərdə tutulur.
Saxlanılanların çoxu bir neçə saat polis idarəsindən qaldıqdan sonra buraxılıb. Onların arasında İnterfaks və Azadlıq Radiosunun Qazax xidmətinin jurnalistləri də olub.

İnterfaks agentliyinin verdiyi məlumata görə, Qazaxıstan polisi həbslərin anlaşılmazlıq olduğunu deyib.

Bəzi jurnalistlər saxlandıqları müddətdə video görüntülər və fotoların kameralaradan silindiyini bildirib.

Qazaxıstanın İnformasiya və Kommunkasiya naziri Dauren Abayev jurnalistlərin nə üçün saxlandığını araşdıracağını deyib.

Azadlıq Radiosunun Qazax xidməti veb sayta çıxışın bağlı olduğu, lakin Facebook və Twitter səhifələrinə çıxışın şənbə günü axşam bərpa olunduğunu bildirib.

1989-cu ildən hakimiyyətdə olan Prezident Nursultan Nazarbayevin opponentləri topraq islahatlarına etiraz olaraq keçən ay başlamış nümayişlərin genişləndirilərək, ölkənin bütün böyük şəhərlərində keçirilməsinə çağırıb.

Neftlə zəngin Qazaxıstanda son 10 il ərzində hökumətdən narazılığın ifadə edildiyi bu ən böyük etiraz nümayişləri bir sıra fəalların həbsinə və rəsmilərin xəbərdarlıqlarına baxmayaraq şənbə günü davam etdirilib.

Nazarbayev hökuməti iqtidar əleyhinə nümayişləri dağıtmaq və müxalif fikrin başqa formalarını susdurmaq üçün gücdən və məhdudlaşdırıcı qanunlardan istifadə edib.

2011-ci ildə ölkənin cənub-qərbindəki Janaozen və Şetpe şəhərlərində neftçilər və onların tərəfdarlarının etirazları polisin 16 nəfərə atəş açıb öldürməsi ilə nəticələnmişdir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG