Accessibility links

Müdafiə naziri Qazaxıstana gedib


Müdafiə naziri Zakir Həsənov
Müdafiə naziri Zakir Həsənov

Noyabrın 3-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Qazaxıstan müdafiə naziri İmanqali Tasmaqambetovun dəvəti ilə bu ölkəyə rəsmi səfərə gedib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, səfər çərçivəsindəZ.Həsənov Qazaxıstanın Müdafiə Nazirliyində görüşlər keçirəcək, hərbi təhsil müəssisələri və hərbi hissələrdə olaqcaq.

Mətbuat xidməti bildirir ki, görüşlər zamanı iki ölkə arasında hərbi, hərbi təhsil, hərbi-texniki sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektiv istiqamətlərinin nəzərdən keçiriləcək, müdafiə və təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılacaq.

Səfər noyabrın 5-dək davam edəcək.

XS
SM
MD
LG