Qazaxıstanda müxalifət partiyası növbəti seçkilərdə namizədini müəyyən edib. Azad Sosial Demokrat Partiyası həmsədr Bulat Əbilovun namizədliyinə yekdilliklə səs verib.
Seçkilər prezident Nursultan Nazarbayevin fərmanına əsasən aprelin 3-də keçiriləcək.
70 yaşlı prezidentin hakimiyyət dönəmi 2012-ci ildə başa çatır və o, hakimiyyətini 2020-ci ilədək uzatmaq təklifini rədd edib. Bu təklif ötən ay parlament tərəfindən səsvermədə qəbul olunmuş, lakin sonradan Konstitutsiya Məhkəməsi tərəfindən ləğv edilmişdi.