Accessibility links

Ayna-Zerkalo qəzetində axtarış aparılıb


Elçin Şıxlı
Elçin Şıxlı

Qəzetin kompüteri və sənədlər götürülüb

“Ayna-Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da həbs edilən günün səhərisi prokurorluğun əməkdaşları bu qəzetin redaktoru Elçin Şıxlının kompüterini, həmçinin redaksiyaya məxsus sənədləri götürüblər.

“Bu, Rauf Mirqədirovun həbsindən sonrakı gün (aprelin 20-də) baş verib. Redaksiyaya gələn prokurorluq işçiləri Raufla bağlı bütün işçiləri dindiriblər, ona aid sənədləri götürüblər”, Şıxlı Amerikanın Səsinə deyib.

Redaktorun kompüterində qəzetin arxivi, həmçinin onun şəxsi sənədləri və atası, tanınmış ictimai xadim, Azərbaycan xalq yazıçısı İsmayıl Şıxlının arxivi saxlanılır.

“Hazırda sanki əlim-qolum bağlanıb, bütün əlaqələr itib, kompüteri nə vaxt qaytaracaqlar məlum deyil”, o qeyd edib.

Rauf Mirqədirov “Ayna-Zerkalo” qəzetinin Türkiyədə akreditasiya olunmuş müxbiri idi. O Türkiyədə saxlanaraq aprelin 19-da Azərbaycana göndərilib. Bakıda təyyarədə həbs edilib. O dövlətə xəyanətdə ittiham olunur və Ermənistanın xeyrinə casusluqda günahlandırılır. Jurnalist ittihamı qəbul etmir və siyasi sifariş hesab edir.
XS
SM
MD
LG