Accessibility links

Qəzet evin 94 yaşı var


Qəzet ev
Qəzet ev

Qəzetdən düzəldilmiş evdə yaşamağı təsəvvür edə bilərsiniz? Gülünc səslənə bilər, amma bu fikrin presedenti var. Amerikada 1922-ci ildə mühəndis Ellis F. Stenman yay evi tikməyə başlayarkən qəzetlərdən izolyasiya materialı kimi istifadə edib.

Qəzet ev
Qəzet ev

ABŞ-ın Azərbaycandakı səfirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, sonra mühəndisin marağı onu daha da irəli aparıb və bütün evi qəzetdən düzəltməyə başlayıb. Bunun üçün o, yapışqandan və kağızı qorumaq üçün qatı lak qatlarından istifadə edib. Stenman hətta evin mebelini də kağızdan düzəldib. Onun qardaşının nəticəsi hələ də evi turistlər üçün bir məkan kimi idarə etməkdədir. Ancaq o da etiraf edir ki, əmisinin niyə məhz kağız evdə yaşamaq istədiyini bilmir.

XS
SM
MD
LG