Accessibility links

Qara dəniz regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya


Şərq-Qərb strateji körpüsü:QDİƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya” konfransı
Şərq-Qərb strateji körpüsü:QDİƏT regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya” konfransı

Bakıda keçirilən konfransda Qara və Xəzər dənizi regionunda əlaqələrin inkişafı diqqət mərkəzində olub

Dövlət idarəçiliyi, islahatlar prosesi, iqtisadi əlaqələr, demokratiya və vətəndaş cəmiyyətləri arasında əməkdaşlıq, siyasi proseslərə birgə baxış, münaqişələr, tranzit siyasəti, nəqliyyat əlaqələri, enerji təhlükəsizliyi məsələləri mayın 17-də “Şərq-Qərb strateji körpüsü: Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) regionunda təhlükəsizlik, inkişaf və inteqrasiya” mövzusunda açılan ikigünlük beynəlxalq konfransın əsas mövzularıdır.

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin dəstəyi ilə keçirilən forumda QDİƏT-ə 11 üzv dövlətdən 20-dən çox beyin mərkəzinin təmsilçiləri iştirak edir.

“Qara dəniz hövzəsi geniş geosiyasi və geoiqtisadi mərkəzə çevrilib. Bu region Çinlə Qərb arasında körpüdür. Azərbaycan isə bölgənin əsas dövlətidir və onun iştirakı olmadan regionda hər hansı beynəlxalq layihənin reallaşması mümkün deyil”, Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirib.

Onun fikrincə, bölgədə inteqrasiyanın daha da inkişafı üçün münaqişələr həllini tapmalıdır.

“Azərbaycan etibarlı tərəfdaş və sülhün, əmin-amanlığın tərəfdarıdır. Ancaq Azərbaycan ərazilərinin 20 faizini işğalda saxlayan Ermənistan qeyri-konstruktiv mövqedən çıxış edir”, o qeyd edib.

Şöbə müdiri deyib ki, Ermənistan danışıqlar yolu ilə Azərbaycan ərazilərini qaytarmasa, beynəlxalq hüququn verdiyi digər imkanlar daxilində ərazilər işğaldan azad ediləcək.

“Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi büdcəsindən artıqdır”, - E.Aslanov xatırladıb.

“Azərbaycanı QDİƏT ilə bağlayan əsas cəhət iqtisadi əlaqələrdir. Hazırda Azərbaycanın ümumi ticarət dövriyyəsinin 20 faizi QDİƏT üzvü olan dövlətlərlədir.
“Yaxın 10 ildə Azərbaycanın Qara dəniz regionu ölkələri ilə qeyri-neft sektoru sahəsində ticarət əlaqələri 10 milyard dollara çatacaq. Azərbaycan həm də tranzit ölkədir”, Azərbaycan Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov bildirib.

Konfransda Qara dəniz regionu ölkələrində iqtisadi və idarəetmə islahatları, dövlət idarəçiliyi, hüquq sistemi, təhsil və demokratiya sahəsində islahatların Avropa dəyərlərinin orta səviyyəsinə çatdırılmasının vacibliyi qeyd edilib.

“Sovet dövründən qalmış səmərəsiz hüquq, pensiya sistemləri biznesin inkişafının qarşısını alır, yoxsul əhaliyə pis təsir edir. Çoxsaylı problemlərin aradan qaldırılması üçün müasir dövlət idarəçiliyi sistemi qurulmalı və institusional islahatlar aparılmalıdır”, Moldova prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının doktoru Oleq Frunze qeyd edib.

Məruzələrdə demokratiya və vətəndaş cəmiyyətlərinin rolundan da danışılıb. Region QHT-ləri ətraf mühit, gender bərabərliyi, idarəçilik və demokratiya sahələrində əməkdaşlıq edirlər.

“Region ölkələri demokratik təsisatlar sahəsində çətinlikləri bölüşür. Bəzi ölkələrdə dövlət orqanları zəifdir, korrupsiya vüsət alıb, vətəndaşların idarəetmədə iştirakı zəifdir. 2009-cu ildən sonra regionda xüsusilə geriləmələr baş verib. Dövlətləri başa salmalıyıq ki, idarəetmədə, korrupsiyaya qarşı mübarizədə, əhalinin maarifləndirilməsində vətəndaş cəmiyyətinin rolundan istifadə etmək lazımdır”, - Qara Dəniz Araşdırmaları üzrə Beynəlxalq Mərkəzin direktoru Zefi Dimadama bildirib.

Konfransda həmçinin KİV-in rolu, qeyri-neft sektorunun inkişafı, Qara dəniz-Xəzər dənizi əlaqələri, dondurulmuş münaqişələr, ABŞ və NATO-nun Qara dəniz siyasəti, təhlükəsizlik sistemləri, Azərbaycanın regionun enerji təhlükəsizliyində rolu ətrafında da çıxışlar dinləniləcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG