Accessibility links

Azərbaycan, Gürcüstan və Türkiyə Müdafiə nazirlərinin Qəbələdə görüşü planlaşdırılır


Azərbaycan Müdafiə Nazirliyi
Azərbaycan Müdafiə Nazirliyi

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək

Mayın 14-də Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycana rəsmi səfəri planlaşdırılır.

Müdafiə Nazirliyinin məlumatına görə, onlar müdafiə naziri Zakir Həsənovun rəsmi dəvəti əsasıda Azərbaycana gələcəklər.

Səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub.

Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.

XS
SM
MD
LG