Accessibility links

Qəbələ rayonundakı meşəlik ərazidə yanğınlar genişlənib.


Qəbələ rayonundakı meşəlik ərazidə yanğınlar genişlənib. Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilir ki, Bum meşəbəyliyinin Abrıx kəndi ətrafındakı meşə sahəsində başlayan yanğın mineral şum zolaqlarının çəkilməsinə baxmayaraq, güclü külək nəticəsində Dandık və Sulquca kəndləri istiqamətinə də keçib.

“Alovun qarşısını almaq məqsədi ilə hadisə yerinə ekologiya və fövqəladə hallar nazirliklərinin əlavə qüvvələri, texnikası cəlb olunub.

Yüksək dağlıq və çətin relyefi olan meşə sahəsində davam edən yanğının söndürülməsi küləyin yenidən güclənməsi səbəbindən bir qədər də çətinləşib.

Yanğının söndürülməsindən ötrü nazirliklərin 500-dən artıq əməkdaşı mümkün olan bütün vasitələrdən, əsasən əl əməyindən istifadə edirlər”, nazirliyin məlumatında vurğulanır.

Bu yanğın barədə bu gün, sentyabrın 3-ü Fövqəladə Hallar Nazirliyi də məlumat yaymışdı.

Məlumatda qeyd edilirdi ki, avqustun 28-i Qəbələ rayonunun Solquca, Abrıx və Dandıx kəndləri yaxınlığındakı meşə ərazisində başlamış yanğın davam edir.

XS
SM
MD
LG