Accessibility links

Qənimət Zahidin qardaşı oğlu və əmisi oğlunun məhkəməsi başlayır


Fevralın 19-da saat 14-də Bakı Ağır Cinayətlər Məhkəməsində Rüfət və Rövşən Zahidovların cinayət işi üzrə məhkəmənin hazırlıq iclası olacaq.

Rüfət Zahidov hazırda mühacirətdə olan “Azadlıq” qəzetinin baş redaktoru, “Azərbaycan Saatı” televiziya proqramının rəhbəri Qənimət Zahidin qardaşı oğlu, Rövşən Zahidov isə əmisi oğludur. Bu barədə vəkil Bəhruz Bayramov Turana bildirib.

Rüfət və Rövşən Zahidovlar 2015-ci ilin iyulunda həbs edilib. Onlara qarşı Cinayət Məcəlləsinin 234.4.1 (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma-qabaqcadan əlbir olan bir qrup şəxs təəfindən törədildikdə) və 234.4.3 maddələri (külli miqdarda törədildikdə) ilə ittiham olunur. İttihamlar sübut olunsda hər iki şəxsi 5 ildən 12 ilədək həbs gözləyir.

Qənimət Zahid qohumlarının həbsini siyasi sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG