Accessibility links

Qərbi Azərbaycan vilayətində koronavirusa bir gündə 661 yoluxma qeydə alınıb


İranın Qərbi Azərbaycan vilayətində COVID-19-a yoluxma və ölüm halları yüksək səviyyədə qalmaqda davam edir.

Vilayətin səhiyyə xidmətinin rəhbəri, doktor Cavad Ağazadənin açıqlamalarına əsasən, son 24 saat ərzində Qərbi Azərbaycanda koronavirusa 661 yeni yoluxma və 11 ölüm halı qeydə alınıb.

Bir müddətdir vilayətdə COVID-19 səbəbi ilə qeydə alınan ölüm halları 10-un üzərindədir. Səhiyyə xidmətinin verdiyi məlumata görə, keçən 5 gün ərzində vilayətdə 67 nəfər koronavirusdan vəfat edib.

İSNA agentliyinə istinadən, pandemiyanın başlanğıcından bəri Qərbi Azərbaycan vilayətində koronavirusdan ölənlərin sayı 4462 nəfərə çatıb.

Son həftələrdə Qərbi Azərbaycanın müxtəlif şəhərlərində bir çox mutasiyaya uğramış COVID-19 variantı aşkar edilib.

İranın Səhiyyə Nazirliyi rəsmilərinin bildirdiyinə görə, koronavirusun Hindistanda mutasiya olmuş variantı bazar ertəsi gününədək Qərbi Azərbaycan vilayəti daxil olmaqla, İranın 4 vilayətində aşkar edilib.

İranın müxtəlif bölgələrində 75 yaş və yuxarı insanlar üçün vaksinasiya proqramı bir neçə gün öncə başladılıb. Ancaq 80 yaş və yuxarı bir çox vətəndaşın da hələ ilk dozanı almadığı bildirilir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG