Accessibility links

Qərbi Virciniya ştatında 100 ilin ən pis daşqınları qeydə alınıb


ABŞ-ın Qərbi Virciniya ştatının qubernatoru ştatda son 100 ilin ən pis daşqını nəticəsində 23 nəfərin həlak olmasından sonra 44 qraflıqda fövqəladə vəziyyət elan edib.

"Dəyən ziyanın həcmi dağıdıcı dərəcədə çoxdur. Başlıca məqsədimiz axtarışları və xilasetmə əməliyyatları davam etdirməkdir" - deyə Earl Ray Tomblin bildirib.

İki gün öncə düşən 25 santimetrlik yağıntı ştatın cənub-qərbində və mərkəzi hissələrində çayların daşmasına və yaxın şəhərlərin küçələrini basmasına səbəb olub.

Greenbriar qraflığının polis şerifi Can Keyhil deyib ki, o, tam bir xaosla üz-üzədir.

"Yollar, körpülər dağılıb, evlər külə dönüb, özülləri isə tam yuyulub. Ana avromagistralın bir neçə hissəsi məhv olub" - deyə şerif bildirib.

On minllərlə insanın isə elektrik enerjisinin kəsildiyi, körpü dağılandan sinra 500-ə yaxın insanın ticarət mərkəzinin içərisində qaldığı bildirilir.

Digər sakinlər isə evləri su ilə dolduğu üçün evlərinin damlarında ilişib qalıb.

Ştatda xilasetmə işlərini Qərbi Virciniya Milli Qvardiyası həyata keçirir.

XS
SM
MD
LG