Accessibility links

Qərbi Azərbaycandakı qızlar məktəbində yanğın olub


Məktəbdə yanğın
Məktəbdə yanğın

37 şagird xəsarət alıb

Dekabrın 5-də İranın Qərbi Azərbaycan əyalətində qızların təhsil aldığı ibtidai məktəbdə yanğın olub. “Media forum” saytının məlumatına görə, hadisə Piranşəhr şəhəri yaxınlığındakı Şinabad kəndində baş verib. Dərs vaxtı 4-cü sinif şagirdlərinin sinif otağı yanıb. Nəticədə 37 şagird xəsarət alıb.

Məlumatlara görə, yanğın neftlə yanan köhnə sobanı sinifdən çıxararkən törəyib. Xəsarəti alan şagird qızlar əyalətin mərkəzindəki - Urmiya şəhərindəki xəstəxanalara köçürülüb. Onlardan 8 nəfərinin səhhətinin kəskin olduğu bildirilir.

Hadisədən az sonra jurnalistlərə açıqlama verən İran parlamentinin deputatı Rəsul Xezri rəsmilərin cavabdeh olduğunu vurğulayaraq təhsil nazirini istefa verməyə çağırıb.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG