ABŞ-ın Pekindəki səfirliyi Milad bayramı günlərində Çinin Sanlitun şəhərində qərblilərə qarşı hədələrlə bağlı xəbərdarlıq verib.
Gecə həyatı ilə tanınan və xarici dükanların yerləşdiyi bu bölgədə polis işçilərinin sayı artırılıb.
ABŞ səfirliyi amerikalıları sayıqlığa səsləyib.
Eyni xəbərdarlıqla Britaniya və Fransa səfirlikləri də çıxış edib.
Pekin polisinin bildirdiyinə görə, ticarət mərkəzləri və supermarketlərdə təhlükəsizlik xəbərdarlığı "sarı" səviyyəyə yüksəldilib.
Rəsmi Sinxua agentliyi sarı xəbərdarlığın 4 rəngli xəbərdarlıq cədvəlində ikinci sırada yer aldığını bildirir.
Cədvəl təhlükənin ciddiliyinə görə yaşıl, sarı, narıncı və qırmızı rəngləri əhatə edir.