Accessibility links

“Demirchi Tower” biznes mərkəzində qətl hadisəsi baş verib


“Dəmirci Tower”

Hadisə yerində olmuş şəxslər deyiblər ki, ofisdən bir neçə güllə səsi eşidilib

Yanvarın 7-də günorta saatlarında “Xətai” metro stansiyasının yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində qətl hadisəsi baş verib.

Turan agentliyinin məlumatına görə, hadisə İraq Hava Yolları mərkəzin üçüncü mərtəbəsində yerləşən ofisində olub.

Hadisə yerində olmuş şəxslər deyiblər ki, ofisdən bir neçə güllə səsi eşidilib. Yarım saat keçməmiş hadisə yerinə polis əməkdaşları gəliblər. İlkin məlumatda ofisdə çalışan sürücünün qətl törətdiyi bildirilib.

Xətai polisindən olayı təsdiqləyiblər. İdarənin növbətçi hissəsindən ofis əməkdaşının qətlə yetirildiyini deyiblər.

Olayın təfərrütları barədə məlumat verilməyib. İdarədən bu haqda Daxili İşlər Nazirliyinin təfsilatlı bilgi verəcəyi deyilib.

Nazirlikdən məlumat almaq mümkün olmayıb.

APA-nın xəbərinə görə, “Dəmirci Tower”də qətlə yetirilən 1993-cü il təvəllüdlü Bakı şəhər sakini Əli Ağalı olub. Onun “Vinçester” tüfəngindən açılan atəşlə öldürüldüyü deyilir.

Qətli törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığı bildirilir.

Trendin məlumatına görə isə faktla bağlı Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Avstraliya ABŞ və Britaniya ilə yeni müdafiə sazişi imzalayıb
please wait

No media source currently available

0:00 0:12:53 0:00

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG