Accessibility links

Mumbaydan Londona uçan təyyarə Bakıda qəza enişi edib


Boeing 777
Boeing 777

“British Airways” aviaşirkətinə məxsus və Mumbay-London aviareysi üzrə uçan “Boeing 777” təyyarəsi Bakıda Heydər Əliyev Beynəlxalq Aeroportuna qəza enişi edib.

Bu barədə APA agentliyinə “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin mətbuat xidmətindən məlumat verilib.

Qəza enişinə səbəb təyyarənin kabinəsində tüstülənmənin baş verməsidir. Bildirilir ki, təyyarədə 135 sərnişin və 17 ekipaj üzvü var.

Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunda olan təyyarəyə baxış keçirilir.

XS
SM
MD
LG