Accessibility links

Bakıda avtobuslar toqquşub [Video]


 Bakıda avtobusların toqquşub
Bakıda avtobusların toqquşub

12 nəfər xəsarət alıb


Iyunun 5-də səhər saatlarında 37 saylı avtobus Nərimanov prospektində (keçmiş Sovetski) bir neçə minik avtomobilini vurub.

Şahidlərin Amerikanın Səsinə verdiyi məlumata görə sürücü idarəetməni itirərək avtobusu yolun kənarında dayanan avtomobilə çırpıb və ona ciddi ziyan vurub.

Qəza nəticəsində sürücü və bir neçə sərnişin xəsarət alıb. Onlar xəstəxanaya aparılıb.

Hadisə zamanı ən çox QAZ-24 markalı avtomobilə ziyan dəyib. Avtomobil zərbədən yastılanıb, arxasındakı qoşqu isə çıxaraq birmərtəbəli yaşayış evinin binasına çırpılıb.

Eyni zamanda bu gün səhər Qara Qarayev metrosunun yaxınlığında 1 və 36 saylı marşrut avtobusları toqquşub.

Avtobuslarının toqquşması nəticəsində 12 nəfər xəsarət alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə xəsarət alanlardan 8 nəfəri 3 saylı Sabunçu klinik xəstəxanasında, 2-si Klinik Tibbi Mərkəzdə yerləşdirilib, digər iki nəfəri isə yerində tibbi yardım göstərilməklə buraxılıb.

Xəsarət alanlardan 2-nin vəziyyəti ağırdı.

Faktla bağlı araşdırma aparılır.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG