Accessibility links

AZAL-ın təyyarələri Ukraynadakı hərbi əməliyyat zonası üzərindən keçmir


Azal Plane
Azal Plane

İyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, "Boeing-777" tipli sərnişin təyyarəsi vurulub

Azərbaycan Hava Yolları»nın təyyarələri Ukraynadakı hərbi əməliyyat zonası üzərindən keçmir.

Trend agentliyi Azərbaycan Hava Yolları QSC-yə istinaən bildirir ki, əvvəllər aviareyslər Ukrayna ərazisi üzərindən keçirdi, lakin indi uçuşlar Rusiya ərazisi üzərindən həyata keçirilir.

İyulun 17-də Ukraynanın Donetsk vilayətində “Malaysia Airlines” aviaşirkətinə məxsus, Amsterdam-Kuala-Lumpur marşrutu üzrə uçan "Boeing-777" tipli sərnişin təyyarəsi vurulub. 295 nəfər ölüb. Ukrayna prezidenti bunu terror kimi qiymətləndirir.

Azərbaycanın Malayziyadakı səfirliyi bildirib ki, ilkin məlumata görə qəzaya uğrayan təyyarədə azərbaycan vətəndaşları yoxdur.

Lakin Malayziya hökuməti bəyan edib ki, 41 sərnişinin şəxsiyyəti hələ müəyyən olunmayıb, ona görə də səfirlik bu məsələni diqqət mərkəzində saxlayacaq.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG