Accessibility links

Sərhəd qoşunlarının zabiti avtomobil qəzasında ölüb


Azərbaycanın İranla sərhəddə yerləşən Lənkəran rayonunda (Bakıdan 272 kilometr cənub) avtomobil qəzası nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının bir hərbiçisi həlak olub, xidmət yoldaşı isə bədən xəsarətləri alıb.

Qəza aprelin 21-də Lənkəran rayonunun Şovu kəndi yaxınlığında, Lənkəran-Lerik avtomobil yolunda baş verib. Sərhəd qoşunlarının “UAZ” markalı avtomobili yoldan çıxaraq ağaca dəyib.

Avtomobildə olan sərhəd qoşunlarının zabiti Elçin Abdullayev Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Amma həkimlər onun həyatını xilas etməyə müvəffəq olmayıb.

Faktla bağlı araşdırma aparılır, məlumatı hüquq-mühafizə orqanlarındakı mənbə verib.

XS
SM
MD
LG