Accessibility links

“Mercedes Galendewagen”-in qəzasında 2 nəfər ölüb, yaralananlar var


Bakı şəhərində, Heydər Əliyev prospektində Nail Allahverdiyevə məxsus “Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobillə törədilən qəza nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Hüquq-mühafizə orqanlarından Amerikanın Səsinə bəlli olub ki, qəza nəticəsində avtomobildə olan Mehdi Əliyev və piyada Vaqif Əsədov ölüb.

Hadisə zaman yolun kənarında duran daha iki piyada, Türkiyə vətəndaşları – Mutallib Tekiş və Songül Tekiş xəsarət alıb.

Bununla yanaşı, sosial şəbkələrdə Nail Allahverdiyevin da ağır xəsarət aldığı bildirilir.

Fövqəladə Hallar Nazirliyi rəsmi saytında bildirir ki, avqustun 3-də Bakı şəhəri, Nərimanov rayonunda “Mercedes” markalı minik avtomobilinin yanar hissələri yanıb.

“Yaxınlıqdakı tikililər və avtomobillər yanğından mühafizə olunub. Yanğın saat 21.45-də yanğınsöndürənlər tərəfindən söndürülüb”. Bu məlumatda nədənsə qəzanın təfərrüatları açıqlanmır, ölən və yaralananlar barədə məlumat verilmir.

Eyni zamanda, avtomobili kimin idarə etməsi barədə də məlumat verilmir.

Sosial şəbəkələrdə “Mercedes Galendewagen” markalı, 10 PP 203 dövlət nömrə nişanlı avtomobilin sahibi Nail Allahverdiyevin Qaçqın və Məcburi Köçkünlərin işi üzrə Dövlət Komitəsinin sədri, baş nazirin müavini Əli Həsənovun nəvəsi olduğu bildirlir.

Baş nazirin müavini Əli Həsənov hələ yazılanlara şərh verməyib, rəsmi qurumlar da hadisə ilə bağlı təfərrüatlı məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG