Accessibility links

Avtomobil qəzasında 4 nəfər ölüb


Bərdə rayonu ərazisində (Bakıdan 310 kilometr qərb) "Shacman" markalı yük maşını ilə "VAZ-21011"in toqquşması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

Report agentliyinin məlumatına görə, qəza nəticəsində "Jiquli"nin Goranboy rayon sakinləri olduğu ehtimal edilən sürücüsü, həmçinin maşında olan iki qadın və bir uşaq həyatını itirib.

Hazırda onların şəxsiyyətləri dəqiqləşdirilir.

"Shagman"ı Nuriyev Raqif Səxavət oğlu idarə edib.

XS
SM
MD
LG