Accessibility links

Avtomobil qəzalarında 20 nəfər ölüb


Avtomobil qəzası
Avtomobil qəzası

Son iki gündə 14 avtomobil qəzasında 20 nəfər ölüb, 14 nəfər xəsarət alıb

Ötən həftənin şənbə və bazar günləri (sentyabrın 29-u və 30-da) respublikanın avtomobil yollarında 14 yol-nəqliyyat hadisəsi nəticəsində 20 nəfər ölüb, 14 nəfər xəsarət alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məıumatlarına görə, yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin əksəriyyəti piyadalardır.

Son iki günün ağır qəzaları isə aşağıdakılarıdr.

Belə ki, sentyabrın 30-da Gəncə şəhəri ərazisində, müəyyən edilməmiş avtomaşınla yolu keçən şəhər sakinləri Urux Əsgərova, Vəfa Vəliyeva və onun qızı Xatın vurulub. Nəticədə hər 3 piyada hadisə yerində ölüb.

Sentyabrın 29-da isə Füzuli rayonu ərazisində, Sərdar Quliyevin idarə etdiyi "VAZ-21074" markalı və Habil Məmmədovun idarə etdiyi "Skoda" markalı avtomaşınlar toqquşub. Nəticədə hər 2 sürücü və S.Quliyevin sərnişini Alik İsmayılov, habelə H.Məmmədovun sərnişinlərindən Tünzalə Məmmədova, Şövkət İsmayılova, Murad Əliyev hadisə yerində ölüb.
XS
SM
MD
LG