Accessibility links

“Azərbaycanda QHT-lərə dair qanunvericilik Avropa standartlarına cavab vermir”


Avropa İttifaqı və Avropa Şurasının “Azərbaycan Vətəndaş Cəmiyyəyi Dialoqu” layihəsi çərçivəsində beynəlxalq ekspertlər “Qeyri-Hökumət Təşkilatlarına (QHT) dair Azərbaycan qanunvericiliyinin və təcrübəsinin Avropa Standartlarına uyğunlaşdırılması” adlı tövsiyə sənədi hazırlayıb.

Tövsiyə sənədində Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyəti ilə əlaqədər qanunvericiliyə və digər normativ-hüquqi sənədlərə çoxsaylı dəyişikliklər təklif edilir.

Sənəddə 2009-2016-cı illərdə QHT-lərlə bağlı dəyişklik və əlavələr edilimiş “Mülki Məcəllə”yə, “QHT-lər (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Qrant haqqında”, “İnzibati Xətalar Məcəlləsi” və “Vergi Məcəlləsi”nə, habelə çoxsaylı hüquqi-normativ aktlara dəyişiklilər tövsiyə edilir. Ekspertlər bu zaman Avropa standartlarını özündə ehtiva edən “Avropa İnsan Hüquqları Konvensiyası”nı və Azərbaycanın qoşulduğu digər beynəlxalq sənədləri sadalayır.

Bu standartların hər birinin ən vacib aspekti QHT-lərin könüllü və özünü idarəedən qurum kimi tanınmasıdır, yəni onlar dövlət orqanlarının göstərişinə məruz qalmamalıdır.

“Bu standartların hər birinin ən vacib aspekti QHT-lərin könüllü və özünü idarəedən qurum kimi tanınmasıdır, yəni onlar dövlət orqanlarının göstərişinə məruz qalmamalıdır. Digər tərəfdən onlara təsir edən dövlət orqanlarının hərəkət və ya hərəkətsizliyindən inzibati qaydada şikayət vermək imkanı olmalı və tam yurisdiksiyası olan müstəqil və qərəzsiz məhkəmə tərəfindən səmərəli şəkildə mübahisələndirməyə açıq olmalıdır”, ekspertlər bildirir.

Tövsiyələrdə deyilir ki, Azərbaycanda QHT-lərin yaradılması və fəaliyyətinə dair qanunvericilik Avropa standartlarının tələblərinə cavab vermir.

“Qanunvericilikdə sadəcə nəzərdə tutulmalıdır ki, QHT-lər konstitusiya və qanuna zidd olmayan istənilən fəsaliyyətlə məşğul ola bilər. QHT-lərə siyasi və dini xarakterli məsələlərlə məşğul olmaq qadağan edilməli deyil. Bundan başqa, konstitusional və hüquqi dəyişkliyi müzakirə etmək və fikir yürütmək demokratik prinsiplərlə ziddiyyət təşkil etmirsə qadağan edilməməlidir”, sənəddə qeyd edilir.

Tövsiyələrə görə, qeydiyyatsız ictimai birliklərin də fəaliyyəti məhdudlaşdırıla bilməz.

“Qanunda ictimai birliyin qeydiyyatının olmaması onun qanunsuz olması mənasını daşımamalı və onun sadəcə üzvlərindən fərqlənən hüquqi statusunun olmamasına dair açıq-aydın müddəa olmalıdır. Bundan başqa “leqallaşma” tələb yox, seçim olmalıdır. Çünki, o yeni hüquq yaratmır”, beynəlxalq eksperltər qeyd edir.

Sənəddə deyilir ki, insanların ölkədə yaşayıb-yaşamaması QHT yaratmasına mane ola bilməz.

Təsisçilərin ölkədə daimi yaşamaq hüququna və ya QHT-nin (xarici QHT-lərin filial və nümayəndəliyinin) rəhbərinin müavininin vətəndaşlığına dair məhdudiyyətlər hər kəsin birləşmək azadlığına zidd olduğu üçün qanunvericilkdən çıxarılmalıdır

“Təsisçilərin ölkədə daimi yaşamaq hüququna və ya QHT-nin (xarici QHT-lərin filial və nümayəndəliyinin) rəhbərinin müavininin vətəndaşlığına dair məhdudiyyətlər hər kəsin birləşmək azadlığına zidd olduğu üçün qanunvericilkdən çıxarılmalıdır”, tövsiyələrdə bildirilir.

Ekspertlər ictimai birlik yaratmaq üçün tələb olunan nizamnamə kapitalının aradan qaldırılmasını istəyir.

“Fond yaratmaq üçün hər hansı konkret kapital məbləği tələb edilməməlidir. Çünki belə tələb onların yaradılmasının təşviq edilməsindən çox, ona mane olur”, sənəddə qeyd edilir.

Beynəlxalq ekspertlər hesab edir ki, QHT-lərin qeydiyyatı onlayn formada həyata keçirilməlidir.

“Şablon nizanmanə təqdim edildikdə avtomatik olaraq qüvvəyə minməlidir. Lakin artıq istifadə olunan adın və ya çaşdırıcı adın dəyişdirilməsi, konstitusiyaya və qanuna zidd olan məqsədlərin nizamnamədən çıxarılmasını tələb etmək imkanları olmalıdır”.

Ekspertlər hesab edir ki, ianələrin bank köçürmələri vasitəsi ilə verilməsi barədə heç bir tələb olmamalıdır.

İanələrin bank köçürmələri vasitəsi ilə verilməsi barədə heç bir tələb olmamalıdır.

“Amma müəyyən edilmiş həddən yuxarı olan nağd ianələrlə əlaqədar olaraq, xüsusən müəyyən formada hüquqa zidd fəaliyyətlərdən şübhələnmək üçün qanuni əsas varsa, müəyyən hesabat və ya açıqlama öhdəliyi mövcud olmalıdır”, tövsiyələrdə deyilir.

Sənəddə deyilir ki, ianələrin cinayətkar fəaliyyətin məhsulu olduğuna və ya cinayətkar məqsəd üçün istifadə ediləcəyinə dair inandırıcı sübutlara əsaslanan məhkəmə qərarı olmadan donorların kimliyinin açıqlanmasına dair heç bir öhdəlik mövcud olmamalıdır.

“Xarici maliyyə vəsaitlərinin alınmasına qoyulan məhdudiyyətlər yalnız gömrük məsələlərinə, xarici valyutalara, çirkli pulların yuyulmasına və terrorizmə, habelə seçkilərin və siyasi partiyaların maliyyələşdirilməsinə tətbiq edilən qanunvericiliklə məhdudlaşdırılmalıdır”, beynəlxalq ekspertlər belə hesab edir.

Tövsiyələrdə bildirilir ki, qrantların və xidmət müqavilələrinin qeydiyyata alınması tələbi aradan qaldırılmalıdır.

“Xidmət müqavilələri əsasında fəaliyyətlər üçün zəruri olan hər hansı icazə ümümən həmin fəaliyyətlərə tətbiq edilən lisenziya qaydaları vasitəsi ilə verilməlidir”.

Ekspertlər xarici QHT-lərə qarşı tələblərin də aradan qaldırlmasını tövsiyə edir.

Xarici QHT-lərin filial və nümayəndəliklərinin qeydiyyatını tənzimləyən normalar öncə ayrıca saziş bağlanmasını tələb etməməlidir, hüquq subyektliyinə malik QHT-lərin təsis edilməsi prosesinə tətbiq edilən eyni tələbləri nəzərdə tutmalıdır.

“Xarici QHT-lərin filial və nümayəndəliklərinin qeydiyyatını tənzimləyən normalar öncə ayrıca saziş bağlanmasını tələb etməməlidir, hüquq subyektliyinə malik QHT-lərin təsis edilməsi prosesinə tətbiq edilən eyni tələbləri nəzərdə tutmalıdır. Bundan başqa, bu cür filial və nümayəndəliklərin sayına heç bir məhdudiyyət qoyulmamalıdır”, tövsiyələrdə qeyd edilir.

Sənəddə hesabatlılıq və nəzarətlə bağlı qaydalara da toxunulub.

“Hesabatlılıq öhdəlikləri elə müəyyənləşdirilməlidir ki, bir qayda olaraq eyni informasiyanı bir neçə müxtəlif dövlət orqanına bir dəfədən artıq təqdim etmək tələb olunmasın və məlumatların tələb olunmasının təfsilatlılıq dərəcəsi müəyyən edilərkən QHT-nin büdcəsinin həcmi nəzərə alınmalıdır”.

Ekspertlər hesab edir ki, hüquq subyektinə malik olan QHT-lərdən yalnız hüquqi ünvanları barədə ətraflı məlumat təqdim edilməsi, filialların və nümayəndəliklərin təsis edilməsi barədə və üzvlərindən hər hansı birinin vətəndaşlığı, ev ünvanı və müqavilə münasibətləri barədə məlumat təqdim etmələri isə tələb edilməməlidir.

“QHT-lərin fəaliyyətlərinin onun nüzamnaməsinə və ya qanunvericilikdə konkret olaraq göstərilməyən tələblərə uyğunluğu üzərində heç bir nəzarət həyata keçirilməməli, yerlərdə yoxlamalar isə yalnız ciddi qanun pozuntularına dair əsaslı şübhə olduğu halda aparılmalıdır”, tövsiyələrdə deyilir.

Sənəddə QHT-lərin fəaliyyətinin dayandırılması barədə müddəanın qanunvericlikdən ümumiyyətlə çıxarılması təklif edilir.

“QHT-lərin ləğvi barədə müddəa isə ciddi pozuntu halları ilə məhdudlaşmalıdır”.

Ekspertlər həmçinin hesab edir ki, QHT-lərə şamil edilən cərimələr və onların məbləği məhdudlaşdırılmalıdır.

“Tövsiyələrin yerinə yetirilməsi idarəetmə orqanlarının və məhkəmələrin QHT-lərə münasibət tərzini dəyişməli, QHT-lərin fəaliyyətini asanlaşdırmalı, qrantların və xidmət müqavilələrinin qeydiyyatına və qrant almaq hüququ əldə etməyə qoyulan tələbləri aradan qaldırmalıdır”, beynəlxalq ekspertlər qeyd edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG