Accessibility links

Akif Qurbanov: QHT-lərə qarşı “beşinci kolon” ritorikası davam edir [Video-müsahibə]


Akif Qurbanov: QHT-lərə qarşı "beşinci kolon" ritorikası davam edir
please wait

No media source currently available

0:00 0:09:22 0:00

Akif Qurbanov: QHT-lərə qarşı "beşinci kolon" ritorikası davam edir

Demokratik Təşəbbüslər İnstitutunun direktorunun Amerikanın Səsinə müsahibəsi

Demokratik Təşəbbüslər İnstitutunun direktoru Akif Qurbanov Amerikanın Səsinə müsahibəsində ölkədə Qeyri-Hökumət Təşkilatları (QHT) qanunvericiliyi və Avropa standartlarından danışıb.

Amerikanın Səsi: Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi əsasında Azərbaycanda QHT qanunvericiliyinin və təcrübəsinin Avropa standartlarına uyğunlaşdırılması ilə bağlı tövsiyələr hazırlanıb. Tövsiyələr hansı qanunların və təcrübənin dəyişdirilməsini nəzərdə tutur?

Azərbaycanın QHT-nin yaradılması və fəaliyyətini tənzimləyən mövcud qanunvericiliyi Avropa standartlarına cavab vermir və əsaslı şəkildə aradan qaldırılmalıdır.

Akif Qurbanov: Azərbaycandfa QHT-lərin yaradılmasını və fəaliyyətni tənzimləyən bir çox qanunvericilik sənədləri var. Bu qanunvericiliyə 2009-2016-cı illərdə müxtəlif dəyişikliklər ediblər. Xüsusi olaraq da 2013-cü və 2014-cü illərdə çox ciddi məhdudlaşdırcı dəyişikliklər edilib. Bunlar “QHT-lərin fəaliyyəti haqqqında”, “Qrant haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunlardır. Bütün bu dəyişikliklərdən doğaraq “İnzibati Xətalar Məcəlləsi” və “Vergi Məcəlləsi”nə bu və digər dəyişikliklər olub. Həmçinin, qanunvericiliklə yanaşı normativ-hüquqi aktlara da dəyişikliklər baş verib. Nazirlər Kabineti də “Qrantların qeydiyyatı və xarici donorların fəaliyyəti haqqında” qaydalara məhdudlaşdırıcı dəyişikliklər həyata keçirlib. Eyni zamanda, Ədliyyə Nazirliyinin Kollegiyasının müvafiq, - hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestrini tənzimləyən qərarları var. Bu qərarlar vasitəsi ilə prosedurların həyata keçirilməsini tənzimləyirlər. Bu dəyişikliklərin aradan qaldırılması istiqamətində tövsiyələr hazırlanıb. Ekspertlər tövsiyələrində “Avropa İnsan Haqları Konvensiyası”na, eyni zamanda Avropa Məhkəməsinin qərarlarının presedent hüququna əsaslanıb. Burada Venesiya Komissiyasının və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun QHT-lərin fəaliyyətinə, xüsusən də birləşəmə azadlığının prinsiplərinə dair hazırladığlı työvsiyələri nəzərdə tutublar. Həmçinin, Avropa Şurası Nazirlər Komitəsinin QHT-lərin hüquqi statusuna dair üzv ölkələr üçün hazırladığı tövsiyələri əsas götürüblər. Bu tövsiyələr və əsaslar kifayət qədər obyektiv və konseptual hazırlanıb. Hesabtdan da çox aydın görsənir ki, Azərbaycanın QHT-nin yaradılması və fəaliyyətini tənzimləyən mövcud qanunvericiliyi Avropa standartlarına cavab vermir və əsaslı şəkildə aradan qaldırılmalıdır.

Amerikanın Səsi: Sənəddə deyilir ki, idarəetmə orqanlarının və məhkəmələrin QHT-lərə münasibət tərzi dəyişməli, QHT-lərin fəaliyyəti asanlaşdırılmalı, qrantların və xidmət müqavilələrinin qeydiyyatına və qrant almaq hüququ əldə etməyə qoyulan tələblər aradan qaldırılmalıdır. Sizcə Milli Məclis və Azərbaycan hökumət bu tövsiyələri yerinə yetirəcək?

Azərbaycanda hökumət özü ilə razılaşmayan, onun siyasətini dəstəkləməyən və ya açıq tənqid edən tərəfləri özünə ciddi olaraq opponent görür. Nəinki opponent, öz hakimiyyətinə qarşı bir düşmən mövqedə olan tərəf kimi görür.

Akif Qurbanov: Bunun yerinə yetirilməsi çox çətin görsənir. Çünki, hökumət ümumiyyətlə bu dəyişiklikləri 2013-cü il prezident seçkilərindən sonra həyata keçirib. Əslində, prosesin həyata keçirilməsini səbəbləndirən bir neçə şərtlər var. Birinci şərt ondan ibarətdir ki, Azərbaycanda hökumət özü ilə razılaşmayan, onun siyasətini dəstəkləməyən və ya açıq tənqid edən tərəfləri özünə ciddi olaraq opponent görür. Nəinki opponent, öz hakimiyyətinə qarşı bir düşmən mövqedə olan tərəf kimi görür. Onu bu və ya digər formada sıradan çıxarmağa çalışır. Necə ki, siyasi partiyalar sıradan çıxarılıb, yəni nəzarətə ala bildklərini almışlar, nəzarətə ala bilmədiklərini bu və ya digər şəkildə çox ciddi surətdə repressiyaya məruz qoyaraq sıradan çıxarmışlar. Həmçinin mediaya qarşı həmin münasibət tənzimlənib. Azərbaycanda çox az sayda, barmaqla sayılan müstəqil media orqanı qalıb. Həmin münasibət, sonuncu resurs olan, - cəmiyyətin aparıcı qüvvələrindən hesab olunan QHT-lərə qalmışdı. Prezident seçkilərindən sonra həmin münasibəti QHT-lərə qarşı münasibətdə tənzimlədilər. Həmin hadisə zamanı Ukraynada “Maydan” hadisələri baş verdi və bu “Maydan” hadisələrindən Azərbaycan hökuməti ciddi narahatçılıq keçirməyə başladı. Biz bunu hökumətin ideoloji siyasətini həyata keçirən şəxslərin yazılarından, rəsmi açıqlamalarından aydın gördük. Azərbaycanda QHT-ləri də “Maydan” hadisələrini törədəcək alternativ qüvvə kimi görürlər. Bunu da xüsusi olaraq qərbin əməkdaşı kimi hesab edirlər və qərb guya ki, Azərbaycanda QHT-lərin vasitəsi ilə inqilab hazıralayacaq. Ən yüksək səviyyədə ölkə rəsmilərini inandırmağa çalışdılar ki, Azərbaycandakı QHT-lər məhz xarici qüvvələrin partnyorlarıdır (tərəfdaş-red) və o partnyorlar vasitəi ilə hökumətdə dəyişikliklər baş verəcək. Artıq nəticədə ölkə rəsmiləri, hətta ölkə başçısı QHT-lərə “beşinci kolon”un üzvləri kimi münasibət göstərməyə başladı və “beşinci kolonun” üzvü deyə adlandırdı. Çox təəssüflər olsun ki, bu gün də həmin ritorika davam edir. QHT-lərin fəaliyyətinə nəinki şərait yaratmaq istəyirlər, əksinə hər fürsətdə onları bu və ya digər formada cinayət təqibinə məruz qoymaqdan, ölkədən çıxışa qadağadan tutmuş, fəaliyyəyini tənzimləyən hər cür məhdudlaşdırıcı hallar həyata keçirilir. Bu nəticələr çox təəssüf ki, ümid vermir ki, Azərbaycanda QHT-lərin fəaliyyətinin yaxşılaşdırılmasını ehtiva edən bu tövsiyələri yerinə yetirsinlər.

Amerikanın Səsi: Azərbaycan rəsmiləri qanunvericiliyə dəyişikliklər edilməsini milli təhlükəsizlik, qrant vəsaitlərindən terrorizmi, dini radikalizmi məqsədləri üçün istifadə səbəbləri ilə izah edir? Siz necə düşünrsünüz?

Əgər hökumət ölkədə həqiqətən radikallığın artmasına meylli deyilsə, sivil şərtləri həyata keçirməlidir.

Akif Qurbanov: Əslində, bayaqkı sualın davamı olaraq, onu demək istəyirəm ki, bu münasibət çox önəmlidir. Hökumət bunu bilərəkdən edirsə, çox ciddi yanlışlıq edir. Bilməyərəkdən edirsə, bunun özü də ciddi yanlışlıqdır. Təcrübə onu göstərir ki, hökumət bunu bilərəkdən edir. Əslində, beynəlxalq aləmdə, Avropada terorizmə qarşı mübarizə fikri çox hakim kəsilib və radikallığa qarşı mübarizdə istənilən vasitələri qərb ölkələri anlayışla qarşılamağa çalışır. Bu oturuşmuş praktikadan Azərbaycan hökuməti özünün opponentlərinə qarşı mübarizədə, çox təəssüflər olsun ki, çox sui-itifadə edir. Yəni, əslində ölkədə radikallığın yaradılmasına şərait yaradan və ya radikallığın yaradılmasına imkan verməyən şərtləri hökumət müəyyənləşdirir. Hökumət öz siyasəti ilə (əgər xaricdən xüsusi müdaxilə yoxdursa) daxildə olan şərtləri müüəyyənləşdirir. Əgər, hökumət radikallığın artırılmasına mane ola bilən şərtləri yaratsa idi, yəni sivivl mübarizə üslublarını yerinə yetirə bilinməsi üçün təminat həyata keçirsə idi, - azad seçkilər, azad medianın fəaliyyəti, siyasi partiyaların faəliyyəti üçün şərtlər, sərbəst toplaşmaq, birləşmək imkanları təmin olunsa idi, QHT-lərin ictimai nəzarət funksiyasını icra edən orqanların faəliyyəti tənzimlənsə idi, heç bir radikallıq gərək olmazdı.Tərəflər öz arqumentlərini, fikirlərini, istəklərini onin vasitəsi ilə haəyata keçirərdi. Hansı sivil ölkədə radikallığa şərait var? Heç bir sivil ölkədə radikallıq yoxdur. Sadəcə, həmin sivil ölkələrdə xüsusi terror hadisələri baş verir. O terror hadisləri də kənardan müdaxilə nəticəsində baş verir. Biz bunun dünyada təcrübəsini görürük. Yəni, bunun üçün, əgər ölkədə hökumət həqiqətən radikallığın artmasına meylli deyilsə, bu sivil şərtləri həyata keçirməlidir. Təəssüflər olsun ki, hökumət bu sivil şərtlərin həyata keçirilməsi üçün heç bir ciddi addımlar atmır. Əksinə, bu şərtləri öz hakimiyyətinə, hökumətinə təhlükə kimi görür və bu şərtlərdə rol almaq istəyən tərəfləri də sıradan çıxarmağa çalışır. Belə olduğu təqdirdə islam radikallığına və yaxud hər hansı bir terrorizmə qarşı mübarizədə, guya şərtləri aradan qaldırmaq adı alrında atılan addımlar sadəcə siyasi ritorikadan sui istifadədir. Təəssüf ki, bu istifadəni də öz sivil oppnentlərinə qarşı aparır. Əslində qərb ölkələri bunu ciddiyə almalıdırlar. Azərbaycanda əslində ciddi radikallığın əsası yoxdur. Bu sadəcə süni vasitələrlə həyata keçirilir. Təəssüflər olsun ki, bu vasitələrin əsas aparıcı hissəsində hökumət rol alır. Hökumətin hərəkətsiliyi belə onun məqsədini göstərir. Hesab edirəm ki, qərb ölkələri bu məsələdə hökumətlə ciddi müzakirə aparmalıdır və bunun aradan qaldırlmasında ciddi təpkilər qoymalıdırlar.

XS
SM
MD
LG